Komrat Dövlət Universiteti (qaq. Komrat Devlet Universiteti) — Moldovanın Qaqauziya muxtar ərazinin paytaxtı olan Komrat şəhərində yerləşən ali təhsil müəssisəsi.
Komrat Dövlət Universiteti | |
---|---|
Əsası qoyulub | 1991 |
Tip | Dövlət |
Rektor | Zineyda Arikova |
Tələbə sayı | 500 |
Şəhər | Komrat şəhəri |
Ölkə | |
Sayt | kdu.md |
Vikianbarda əlaqəli mediafayllar |
Komrat Dövlət Universiteti 1991-ci ildə yaradılmışdır.
Burada bütün tələbələr Qaqauziyanın rəsmi dili olan qaqauz dilini öyrənməli olsa da, dərslərin əksəriyyəti rus dilində keçirilir.[1] Amma "Qaqauz dili və ədəbiyyatı" fənni qaqauz dilində keçilir və əlavə olaraq, kurs sənədləri və dissertasiyalar bu dildə yazılır.[1]
Azərbaycan Tədris Mərkəzi 2008-ci ildə Azərbaycanın Moldova səfirliyinin təşəbbüsü ilə açılmışdır.[2] Bu vaxta qədər isə bu Universitetdə 2007-ci ildə Azərbaycan tədris otağının yaradılmışdır.[3] Səfirlik otağa kompüter dəsti, Azərbaycanın dövlət rəmzlərini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini, müxtəlif ədəbiyyat hədiyyə etmişdir.[3]
Mərkəz müxtəlif texnika ilə, kitablarla, şəkillərlə təchiz edilmişdir.[2] Burada Azərbaycanın tarixini, folklorunu, dilini və ədəbiyyatını öyrənmək üçün kifayət qədər kitab və bukletlər var.[2] Azərbaycan mədəniyyətini, memarlığını tanıtmaq üçün Mərkəzdə müxtəlif vidio-audio materiallar və şəkillər mövcuddur.[2] Azərbaycan milli bayramlarını tanıtmaq üçün Mərkəzdə Novruz bayramını təşkil edilmişdir.[2]
Dəfələrlə Azərbaycan Tədris Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadənin Komrat Dövlət Universitetində dərs verməsi təşkil edilmiş və bu da Azərbaycan xalqını buranın tələbələrinə daha dərindən tanıtmağa yardımçı olmuşdur.[2]
Universitetdə Azərbaycanlı tələbələr də təhsil alırlar.[2] Gələcəkdə belə tələbələrin sayının artdırılması planlaşdırılır.[2] Həmçinin gələcəkdə Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün burada Azərbaycan dilinin tədrisi də planlaşdırılmışdır.[2]
Qafqaz Universitetlər Birliyinin üzvüdür.[4]