Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur.[2]
Şəhər | |
Komrat | |
---|---|
qaq. Komrat rum. Comrat | |
46°18′01″ şm. e. 28°39′26″ ş. u.HGYO | |
Ölkə | Moldova |
Muxtar vilayət | Qaqauziya |
Rayon | Komrat rayonu |
Başçı | Viktor Volkov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1789 |
İlk məlumat | 1770[1] |
Sahəsi | 16.4 km² |
Mərkəzin hündürlüyü | 64 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi | 26.000 nəfər (2015) |
Sıxlığı | 1585.4 nəf./km² |
Milli tərkibi |
Qaqauzlar (72,85%) Moldovanlar (8,86%) |
Rəsmi dili | Qaqauz dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +373 298 |
Poçt indeksi | MD-3800 |
Nəqliyyat kodu | GE |
Digər | |
comrat.md (rus.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Komrat adı yerli tatar (qaqauz) dilindən "kömür at" (kömür rəngli at, qara at) ifadəsindən gəlməsi ehtimal olunur[3] və şəhər gerbində həmin at təsvir olunub. Köhnə əlifba ilə کومرات kimi yazıldığına görə bunu bir neçə cür oxumaq olur: Kömürat > Kömrat > Komrat. Bunun haqqında bir xalq sözü var: “...yaşamak erinin saabisi tatarmış, Orumbet Oglu adıymış. Onun bir beygiri Komur at varmış. At yarışmakların çoyunda o ensärmiş. Bu beygirin adını tatar küüyünä koymuşlar...” — "yaşayış yerinin sahibi tatar imiş, adı Or Məhəmməd Oğlu imiş. Onun "Kömür At" adında bir atı var imiş. At yarışlarının çoxunu o udurmuş. Bu atın adını Tatar kəndinə qoymuşlar."
Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var.
Ölkələr | Şəhərlər |
---|---|
Türkiyə | Pendik, Hendek, Sapanca, Küçükkuyu, Isparta |
Rusiya | Moskva, Qroznı, Bavlı |
Ukrayna | Bolqrad |
Macarıstan | Erjebetvaroş (Budapeştin 7-ci rayonu) |
Kipr | Lefkoşa, Tatlısu |
Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.
Komrat üçün iqlim məlumatı[5] | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ay | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Snt | Okt | Noy | Dek | İllik |
Ortalama yüksək °C | 0.7 | 2.2 | 7.6 | 15.8 | 21.8 | 25.2 | 27.1 | 26.9 | 22.7 | 16 | 8.6 | 3.4 | 14.83 |
Ortalama gündəlik °C | -2.5 | -1 | 3.6 | 10.7 | 16.4 | 19.8 | 21.5 | 21.1 | 16.9 | 10.9 | 5 | 0.4 | 10.23 |
Ortalama alçaq °C | -5.7 | -4.1 | -0.3 | 5.6 | 11.1 | 14.5 | 16 | 15.3 | 11.2 | 5.9 | 1.5 | -2.5 | 5.71 |
Atmosfer yağıntıları (mm-lə) | 31 | 35 | 30 | 39 | 51 | 71 | 60 | 44 | 44 | 26 | 34 | 35 | 500 |