Kondensatorların birləşdirilməsi

Kondensatorun quruluşu
Kondensatorların növləri

Kondensator müxtəlif elektron qurğularında lazım olan elektrik yüklərini və uyğun enerji tutumlarının əldə edilməsi üçün tətbiq olunan qurğudur. Kondensator passiv elektron qurğusudur. Adətən o lövhə şəklində olan iki elektroddan və onların arasında qalınlığı elektroda nisbətən kiçik olan dielektrikdən ibarətdir.

Boş olan kondensatorun elektrik şəbəkəsinə qoşduqda elektrodun biri müsbət, digəri isə mənfi yüklənir. Kondensator şəbəkədən ayrıldıqda elektrik yükü qalır. Onu başqa cərəyansız naqilə birləşdirdikdə isə kondensator boşalır. Yaddaşda olan yükün miqdarı elektrodlar arasındakı gərginliklə mütənasibdir. Bu mütənasiblik sabiti kondensatorun tutumu adlanır. Güc artdıqca kondensator daha çox elektrik yükü saxlaya bilir.

düsturu ilə bu asılılıq təsvir olunur, burada elektrik yükü, kondensatorun tutumu, isə gərginlikdir.

Birləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Kondensatorlar elektrik dövrəsinə ardıcıl və paralel olaraq birləşdirilir.

  • ardıcıl birləşdirilmə zamanı olur, yəni yük sabit qalır, olur. Kondensatorların tutumu:

Yəni ümumi tutumun tərs qiyməti verilən tutumların tərs qiymətləri cəminə bərabərdir. Əgər hər birinin elektrik tutumu olan sayda kondensator ardıcıl birləşərsə ümumi tutum:

olar.
  • paralel birləşmə zamanı yani gərginlik sabit qalır, olur. Kondensatorların dövrəyə paralel qoşulması zamanı ümumi tutum:

olur. Əgər dövrəyə hər birinin tutumu olan sayda kondensator paralel qoşularsa ümumi tutum:

kimi hesablanar.