Prezervativ (fr. préservatif, lat. praeservo — "qorunuram"), bəzən kondom (fr. condom) — hamiləlik və ya cinsi yolla ötürülən infeksiya ehtimalını azaltmaq üçün cinsi əlaqə zamanı istifadə olunan elastik boru.[1] Dünyada həm erkəklər, həm də qadınlar üçün prezervativlər mövcuddur.[2] Prezervativlər qonoreya, xlamidiya, trixomoniaz, hepatit B və QİÇS-in risklərini xeyli azaldır.[1] Prezervativ az olsa da, genital herpes, insan papilloma virusu və sifilisin risklərini azaldır.[1]
Zöhrəvi xəstəliklərin qarşısını alınması üçün istifadə olan prezervativlər 1564-cü ildən bəri istifadə olunur.[1] Kauçuk prezervativlər 1855-ci ildə, lateks prezervativlər isə 1920-ci illərdən satılır.[3][4] Hər il dünyada təxminən 9 milyard prezervativ satılır.[5]