Konotop (ukr. Конотоп) — Ukraynanın şimalındakı Sumı vilayətində yerləşən şəhər, eyniadlı rayonun idarəetmə mərkəzi.
Şəhər | |
Konotop | |
---|---|
ukr. Конотоп | |
51°13′ şm. e. 33°12′ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Vilayət | Sumı vilayəti |
Mer | Artyom Semenixin[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVII əsr |
İlk məlumat | 1634 |
Əvvəlki adı | Novoselitsa[2] |
Sahəsi | 43.78[3] |
Mərkəzin hündürlüyü | 171 m |
İqlimi | Mülayim kontinental |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 88 252[4] nəfər (2015) |
Sıxlığı | 2015.8 nəf./km² |
Aqlomerasiya | 91 956[5] |
Milli tərkibi | ukraynalılar, ruslar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 5447 |
Poçt indeksi | 41600 |
Nəqliyyat kodları | BM, HM / 19 |
Digər | |
Official website | |
Vikianbarda əlaqəli mediafayllar |
Konotop şəhəri Sumıdan 129 km məsafədə yerləşir. Şəhər ərazisində Konotop aerodromu yerləşir.
Bu ərazidə ilk dəfə olaraq XVII əsrin əvvəllərində kazaklar məskən salmışlar. Yaşayış məntəqəsinin adına ilk dəfə 1634-ci ildə müxtəlif mənbələrdə Novoselitsa olaraq rast gəlinmişdir. 1642-ci ildə polyaklar burada qala tikmiş və həmin qalanı bu ərazinin yaxınlığından keçən çayın adı ilə Konotopka adlandırmışlar. Bu qala sonralar Moskva dövlətinə qarşı mübarizədə istehkam vasitəsi olaraq mühüm rol oynamışdır.
1659-cu ildə şəhərin yaxınlığında baş tutan Konotop döyüşü zamanı İvan Vıqovskinin rəhbərliyi altında olan kazaklar (polyaklar və krım tatarları ilə birlikdə) Çar Rusiyası qoşunlarını məğlubiyyətə uğratmışdır. 1782-ci ildə Konotop şəhər statusu almışdır.
İkinci dünya müharibəsi ərzində şəhər 3 sentyabr 1941-ci ildən 6 sentyabr 1943-cü ilə qədər alman qoşunlarının işğalı altında qalmışdır. Buna görə də, Konotopda hər il 6 sentyabr şəhər günü kimi qeyd olunur.[6]
2015-ci ildə Svoboda partiyasının üzvü olan Artyom Semexin şəhərin meri vəzifəsinə seçilmişdir.
Konotop vacib mühəndislik, ərzaq istehsalı və nəqliyyat mərkəzidir. Şəhər ərazisindən müxtəlif dəmiryolu xətləri keçir: Moskva-Kiyev, Simferepol-Minsk, Baxmaç-Kiyev, Bryansk-Sumı. Konotop şəhəri Ukraynada tramvay sisteminə görə, ən kiçik şəhər hesab olunur.