Konstansa (it. Costanza) (1127 – 1163) — 3-cü Antioxiya knyaginası.[1][2]
Konstansa | |
---|---|
1130 – 1163 | |
Əvvəlki | II Bohemond |
Sonrakı | III Bohemond |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1127 |
Vəfat tarixi | 1163 |
Fəaliyyəti | siyasətçi |
Atası | II Bohemond |
Anası | Alisa |
Həyat yoldaşları |
Puatyeli Raymond Şatilyonlu Reynald |
Uşaqları |
III Bohemond Antioxiyalı Mariya Antioxiyalı Filippa Antioxiyalı Baldvin Antioxiyalı Aqnessa |
Atası Antioxiya knyazı II Bohemond, anası isə Qüds kralı II Baldvinin qızı Alisa idi. Hələ 2 yaşında ikən atası döyüşdə həlak oldu və onun yeganə övladı olaraq Konstansa knyagina elan edildi. İlk öncə anası Alisa onun naibəsi təyin edilsə də, daha sonra yerli əsilzadələr buna qarşı çıxdılar. Onların istəyi ilə balaca knyaginaya ana-babası olan Qüds kralı II Baldvin naiblik etdi. Ancaq cəmi 1 il sonra kral vəfat etdi və naiblik vəzifəsi 1131-ci ildə onun xələfi və balaca qızcığazın dayısı Fulka həvalə edildi.
Yaranan siyasi çəkişmələri önləmək məqsədilə, Konstansa 1136-cı ildə hələ 8 yaşında ikən özündən 23 yaş böyük Puatyeli Raymondla evləndirildi. Cütlük knyazlığı birlikdə idarə etdilər. Gələcəkdə bu nigahdan 4 övladı dünyaya gələn Konstansa, ərinin 1149-cu ildə döyüş meydanında həlak olmasının ardından dul qaldı. 1153-cü ildə əslən fransız olan cəngavər Şatilyonlu Reynaldla evləndi və bu evlilikdən gələcəkdə Macarıstan kraliçası olacaq olan bir qız dünyaya gətirdi.
Ərinin 1160-cı ildə əsir düşməsinin ardından Konstansa hakimiyyəti təkbaşına əldə etməyə çalışdı. Ancaq Qüds kralı III Baldvin buna qarşı çıxdı və knyaginanın böyük oğlu Bohemondu taxtın rəsmi varisi elan etdi. Buna baxmayaraq Konstansa kürəkəni olan Bizans imperatoru I Manuelin də dəstəyini alaraq Antioxiyada hakimiyyəti təkbaşına ələ aldı. Buna baxmayaraq cəmi 3 il sonra - 1163-cü ildə ağır xəstələndi və ölümündən bir neçə gün öncə böyük oğlu Bohemondun lehinə taxtdan çəkildi.