Konstantin Mixayloviç Myakişev (rus. Константин Михайлович Мякишев; 29 iyul (11 avqust) 1910, Bakı – 22 fevral 1990, Moskva) — rus əsilli Azərbaycan və Rusiya aktyoru, Azərbaycan SSR xalq artisti (1955).
Konstantin Myakişev | |
---|---|
rus. Константин Михайлович Мякишев | |
Doğum tarixi | 29 iyul (11 avqust) 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 22 fevral 1990 (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru, aktyor |
Təhsili | Bakı Teatr Texnikumu |
Teatr |
Azərbaycan Rus Dram Teatrı, Malıy Teatrı |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
1910-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur.[1] 1929-cu ildə Bakı Teatr Texnikumunu bitirmiş, 1930-cu illərdən Azərbaycan Rus Dram Teatrında, 1960-cı illərdən isə Moskvada çalışmışdır. Bakı Teatrında rejissor kimi bir neçə tamaşaya quruluş vermişdir. 1960-cı ildən ömrünün sonuna qədər Moskvanın Malıy teatrında çalışmışdır. 22 fevral 1990-cı ildə Moskvada vəfat etmişdir.[2]