Konstantinovka mərkəzi bazarına raket zərbəsi (2023)

Konstantinovka mərkəzi bazarına raket zərbəsi (ukr. Ракетний удар по Костянтинівці) — Ukraynanın Donetsk vilayətinə aid Konstantinovka şəhərinin mərkəzi bazarında, 6 sentyabr 2023-cü il tarixində, yerli vaxtla 14:00 radələrində gerçəkləşdirilmiş ballistik raket hücumu. Hücumun Rusiya–Ukrayna müharibəsinin bir parçası olaraq Rusiya Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücum nəticəsində bazarda olan 17 nəfər həlak olub, azı 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.[1] [2] [3] [4]

Konstantinovka mərkəzi bazarına raket zərbəsi
Əsas münaqişə: Rusiya–Ukrayna müharibəsi
Ümumi məlumatlar
48°30′49″ şm. e. 37°40′53″ ş. u.HGYO
Yeri Konstantinovka, Donetsk vilayəti, Ukrayna
Tarix
Hücum metodu Raket zərbəsi
Silah(lar) Ballistik raket
Ölü sayı 17+
Yaralı sayı 32+
Törədən(lər) Rusiya Rusiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bazara hücum ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynaya rəsmi səfərə başlamasından bir necə saat əvvəl baş verib. Belə ki, Entoni Blinkenin olduğu təyyarə Kiyevə enməzdən 2 saat əvvəl bazara ballistik raketlərlə zərbələr endirilib. Ukraynanın Baş Naziri Denis Şmıqal baş vermiş raket hücumuna adekvat cavab veriləcəyini açıqlayıb.

Ukrayna Silahlı Qüvvələrinə mənsub hərbi jurnalistlərin Konstantinovda yerləşən mərkəzi bazarda baş vermiş ballistik hücumu izah edən video sujeti.
  1. "Deadly market attack in Ukraine overshadows visit by Blinken". reuters.com. Reuters. 2023-09-06. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
  2. Harmash, Olena; Polityuk, Pavel. "Russian attack kills 17 in east Ukraine as Blinken visits Kyiv, officials say". Reuters. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2023.
  3. Austin, Henry. "Russian missile kills 16 at Ukrainian market, the deadliest attack in months". NBC. 6 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2023.
  4. Lister, Tim; Kesaieva, Julia. "Russian missile strikes eastern Ukraine market, killing 16, in one of the worst attacks in months". CNN. 6 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2023.