Koreçika Anami (阿南 惟幾, Anami Koreçika?, 21 fevral 1887[1] – 15 avqust 1945[1], Tokio[d]) – İkinci Dünya müharibəsi illərində Yaponiya ordusunun generalı. Yaponiya təslim olarkən ölkənin müharibə naziri idi.
Koreçika Anami | |
---|---|
yap. 阿南惟幾 | |
Doğum tarixi | 21 fevral 1887[1] |
Vəfat tarixi | 15 avqust 1945[1] (58 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaqlama[d] |
Fəaliyyəti | zabit, siyasətçi |
Fəaliyyət illəri | 1906-cı ildən |
Vikianbarda əlaqəli mediafayllar |
1887-ci ildə Yaponiyanın Oyta prefekturasında doğulmuşdur.[2] 1905-ci ildə Hərbi Akademiyasından məzun olmuş[3] və piyada qoşunların ikinci leytenantı təyin olunmuşdur. Daha sonra Hərbi Heyət Kollecindən məzun olmuşdur.[4]
Anami 45-ci piyada alayında xidmət göstərmiş, Ali Hərbi Şuranın katibi, Tokio Hərbi Hazırlıq Məktəbinin direktoru (1934–1936), 2-ci İmperator Mühafizə Piyada Alayının komandiri (1932–1934), Müharibə Nazirliyinin Hərbi Xidmət Bürosunun direktoru olmuşdur. 1937-ci ildə Müharibə Nazirliyinin Şəxsi Heyət Əlaqələri Bürosunun direktoru təyin olunmuşdur.[4] 1935-ci ilin martında general-mayor, 1943-cü mayında general rütbəsinə yüksəlmişdir.
Anami hərbi təhsildə "kamikaze ruhu"nu, Mancuriyanın işğalını və Kanci İşivaranın Şərqi Asiya Liqası təşkilatını dəstəkləmişdir. O, 26 fevral 1936-cı ildə baş vermiş hərbi çevriliş cəhdinin iştirakçılarına qarşı olmuşdur.[2]
1940-cı ildə vitse-müharibə naziri təyin olunmuş və Ox qüvvələri ilə müttəfiqliyi gücləndirmək üçün Mitsumasa Yonay kabineti ilə əməkdaşlıq etmişdir. 1945-ci ilin aprelində Kantaro Suzukinin kabinetində müharibə naziri olan Anami Yaponiyanın təslim olmasına qarşı çıxmış, imperatoru sülh bağlamağa razı salmağa çalışan diplomat Şiqeru Yoşidanın həbsini əmr etmişdir. 1945-ci ilin avqustuna qədər İsveç və SSRİ ilə sülh danışıqlarına qarşı olmuşdur.[2]
14 avqust 1945-ci ildə Potsdam bəyannaməsi haqqında keçirilmiş imperator konfransında iştirak edən Anami əvvəlcə təslim olmağa qarşı çıxmış, lakin daha sonra bunla razılaşmağa məcbur olmuşdur. Suzuki kabinetinin fəaliyyətinə imkan vermiş, təslim olmağı əks etdirən sənəddən sonra intihar etmişdir. Ölümündən sonra ona sadiq olan bir qrup şəxs təslim olmağa qarşı çevriliş cəhdi etmişdir.[5]