Kornati

Kornati (xorv. Kornati) — Xorvatiyada milli park. Orta Dalmatiya bölgəsində, Adriatik dənizində olan Kornati arxipelaqında yerləşir. Yaxınlıqda Zadar, Şibenik və Bioqrad-na Moru şəhərləri var.

Kornati Milli Parkı
xorv. Kornati
Qoruq ərazisinə aid olan Lavsa adası.
Qoruq ərazisinə aid olan Lavsa adası.
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 220 км²
Yaradılma tarixi 1980
Ziyarətçi sayı 50 000
Vulkan ?
Dağ ?
Çay ?
Göl ?
Meşə ?
Florası ?
Faunası ?
Yerləşməsi
43°47′00″ şm. e. 15°19′48″ ş. u.HGYO
Ölkə  Xorvatiya
Region Şibenik-Knin
Yaxın şəhər Bioqrad-na-Moru
kornati.hr
Kornati Milli Parkı xəritədə
Kornati Milli Parkı
Kornati Milli Parkı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Mana adası

Milli park arxipelaqın böyük bir hissəsini əhatə edir. Ancaq şimalda olan bir neçə ada parkın ərazisinə aid deyil. Park ərazisinə ümumi sahəsi 50 km² ola 89 ada daxildir. Adaların sahil xətlərinin uzunluğu 238 km-dir. Parkın dəniz hövzəsi ilə birlikdə sahəsi 220 km²-dir. Kornati arxipelaqı adaların çox sıx yerləşməsi ilə diqqəti cəlb edir. Adalar arasında olan boğazlar əsil labirinti xatırladır.[1]

Bu bölgə qonşu PaşmanDuqi-Otok adalarından boğazlarla, Murter adasından isə körfəz vasitəsi ilə ayrlıb. Bəzən bu körfəzi Murter dənizi adlandırırlar.

Park ərazisinin üçdə iki hissəsinin Kornat adası təşkil edir. Sahəsi 32 km² olan adanın uzunluğu 25 km, eni isə 2,5 km-dir. Arxipelaqın daima əhalisi yoxdur. Park daha çox yaxtaçıların, dalğıcların və təbiəti sevərlərin sevimli məkanıdır.[2]

Flora və Faunası

[redaktə | mənbəni redaktə et]

Həm su altı, həm də, yer üstü flora və faunası yetərincə zəngindir. Baxmayaraq ki, adaların əksər hissələri boş əraziləri xatırlatsada, bölgədə 537 bitki taksonları mövcuddur. Arxipelaqda geniş yayılmış ağaclardan şamı və zeytunu misal göstərmək olar.

Müxtəlif gəmicirilərlə yanaşı adada ilan, kərtənkələ və çoxlu sayda həşəratlar var. Adada quşlardan bayquş, qızılquşqarabatdaq geniş yayılıb.

Adaların dəniz dibi möcüzəli forma almış riftlərdən ibarətdir. Zəngin balıq ehtiyatına malikdir.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
  • Tac — geoloji abidə. Dəniz səthində yüksələn bu qayanın hündürlüyü 100 metrə çatır. Qayaya çıxmaq qadağandır.
  • İllir məskunlaşma əraziləri — arxipelaqın bir çox adalarında müşahidə edilir.
  • Tureta qalası — Kornat adasındadır. VI əsrə aid edilən Bizans tikilisi.

"Yaradılışın sonuncu günü Tanrı öz əl işini göz yaşları, ulduz və nəfəsi ilə taclandırmaq istədi və Kornatını yaratdı" (Corc Bernard Şou)

  1. Vladimir Skračiċ. Kornat Islands. Zadar: Forum. 2003. ISBN 953-179-600-9.
  2. Naklada Naprijed (1999), The Croatian Adriatic Tourist Guide, pg. 211–212, Zagreb, ISBN 953-178-097-8

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]