Medvedvisa[1] (xorv. Medvednica[2]) — Zaqrebin şimalında yerləşən dağ massivi. Dağlıq mənzərələri il zəngin olan ərazi zaqreblilərin əsas istirahət bölgəsidir. Ərazisinin 63 % enli yarpaqlı meşələri ilə örtülmüşdür. Yüksəkliyə qalxdıqca isə bitki örtürünün tərkibi tədricən dəyişir. Massivin ən hündür nöqtəsi Sleme dağıdır. Dağın hündürlüyü dəniz səviyyəsindən 1033 m yükşəklikdə yerləşir. над уровнем моря. Zirvənin ətəyində Slemen Ana kilsəsi yerləşir. Zirvənin üzərində isə 169 metr hündürlüyə malik Zaqreb Teleqülləsi inşa edilmişdir. Şərq və şimal hissələrində müxtəlif xüsusiyyətlərə malik xizək terraslar vardır. Zirvəyə yol və kanat xətti keçir. Şimal enişində mövcud olan xizək meydancasında daimi olaraq beynəlxalq yarışmalar keçirilir.
Medvednisa | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.033 m |
Yerləşməsi | |
45°55′55″ şm. e. 16°03′26″ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Massivin əsrarəngiz coğrafi obyekti Veternisadır. Mağara massivin cənub-qərbində yerləşir. Mağara 7 128 metr uzunluğa malikdir.[3] Qədim dövrlərə aid olan divar rəsmləri vardır. Mağarada stalaktit və stalaksitləri müşahidə etmək olar.
Cənub ətəyində Medvedqrad qəsri vardır. Bu tikili XIII əsrdə Papa IV İnnokentin əmri ilə Zaqrebin dağıdılmasından sonra tikilmişdir. Medvedqrad 500 metr yüksəklikdə yerləşir. Medvedqrad qəsrindən Zaqrebə gözəl mənzərə açılır.
Medvednisada zəngin şaxtalar vardır. Onlar hətta çoxlu dəhlizlərə bölünür. Burada hasilat XV əsrdən həyata keçirilmişdir.
1572–1573 ildə Medvednisa enişlərində Matiya Qubesin üsyançıları yerləşirdi.
Medvednisa massivi ərasisi bütünlüklə qoruq ekan edilmişdir.