Plitviçka Gölləri Milli Parkı — Xorvatiyanın ən böyük milli parkı. 16 göldən ibarətdir. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Plitviçka Gölləri Milli Parkı | |
---|---|
Nacionalni park Plitvička jezera | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 8 aprel 1949 |
Ziyarətçi sayı |
|
Yerləşməsi | |
44°52′49″ şm. e. 15°36′57″ ş. u.HGYO | |
Ölkə | |
np-plitvicka-jezera.hr | |
|
|
Tipi | Təbii |
Kriteriya | vii, viii, ix |
Tarixi | 1979 (3-sü sessiya) |
İstinad nöm. | 98 |
Vikianbarda əlaqəli mediafayllar |
Plitviçka Gölləri Milli Parkı Cənub-Şərqi Avropanın ən qədim milli parkı və Xorvatiyanın ən böyük parkıdır. Bosniya və Herseqovina sərhədində yerləşən kalsium və əhəng daşından ibarət karst (aşınıma qarşı müqavimətsiz, əhəng daşı kimi asan əriyə bilən qayalardan ibarət olan ərazi) dağ bölgəsindəki park 1949-ci ildə milli park elan edilmişdir.
Göy,yaşıl,boz,mavi və s. rəngdə dəyişən fərqli rəngləri ilə möhtəşəm mənzərələr meydana gətirən 16 göldən meydana gəlmişdir. Göllər bir-birindən təbii su anbarları ilə ayrılmışdır. Sudakı mineral və orqanizmlərin sıxlıq fərqlərinə və günəş işığının gücünə bağlı olaraq göllərin rəngləri davamlı olaraq dəyişir. Parkın bəzi bölgələri 700 illik küknar meşələri ilə örtülüdür. Bölgənin fauna və florası çox müxtəlifdir.
1493-ci ildəki Osmanlı-Avstriya müharibəsi bu bölgəyə çox yaxın ərazilərdə baş vermiş, Osmanlı ordusu Xorvatiya və Macarıstan içlərinə qədər irəliləmişdir. 1527-ci ildə Avstriya kralı Ferdinand Osmanlını dayandırmaq məqsədilə Xorvat Kralı olaraq seçilmişdir. Lakin bölgə 150 il boyunca Osmanlı hakimiyyətində qalmışdır.
1991–1995-ci illərdəki qanlı döyüşlərdə milli parkdakı bir çox yer yandırılıb yıxılmış və bölgədəki minalar səbəbiylə park WHS Təhlükəli bölgə siyahısına girmişdir. Döyüşdən sonra bölgə minalardan təmizlənmiş və 1998-ci ildə Təhlükəli siyahısından çıxardılmış yalnız WHS siyahısında qalmışdır.[3]
Göl | sahə (ha) | dərinlik (m) |
---|---|---|
Proşçansko gölü | 69.0 | 37 |
Kiqinovak gölü | 7.5 | 11 |
Okruqlyak gölü | 4.1 | 15 |
Batinovak gölü | 1.5 | 6 |
Veliko gölü | 1.5 | 8 |
Malo gölü | 2.0 | 10 |
Vir gölü | 0.6 | 5 |
Qalovak gölü | 12.5 | 25 |
Milinovo gölü | 1.0 | 1 |
Qradinsko gölü | 8.1 | 10 |
Buk gölü | 0.1 | 2 |
Kozyak gölü | 81.5 | 47 |
Milanovak gölü | 3.2 | 19 |
Qavanovak gölü | 1.0 | 10 |
Kaluđerovak gölü | 2.1 | 13 |
Novakovitsa gölü | 0.4 | 5 |
Plitviçka Gölləri | 217.0 |