"Kosmos" (ing. Cosmos) — astronom və "Pulitser" mükafatı laureatı Karl Saqanın kitabı. Karl Saqanın bu kitabı ərsəyə gətirməkdə əsas məqsədi qarışıq elmi fikirləri öyrənmək istəyən hər kəsə bunların izah edilməsini təmin etməkdir. Karl Saqan həmçinin televizorun icad edilmiş ən yaxşı öyrənmə vasitəsi olduğuna inanırdı. "Kosmos" "New York Times"ın siyahısına görə ən çox satılan elmi kitab oldu.
Kosmos | |
---|---|
ing. Cosmos | |
Müəllif | Karl Saqan |
Mövzu | kosmologiya |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1980 |
Nəşriyyat | Random House |
Səhifə |
365 (ilk nəşr) |
Kitabın 2013-cü ildə Enn Druyan və Nil Deqrass Taysonun ön söz və məqalələrinin yer aldığı yeni nəşri buraxıldı.
Kitabda kosmologiya, antropologiya, biologiya, astronomiya kimi bir çox elmlər əsrlər boyu inkişaf mərhələləri ilə ətraflı qeyd edilmişdir. Karl Saqan kainatın bu böyüklüyü ilə minlərlə sivilizasiyaya ev sahibliyi edə biləcəyinin mümkün olduğunu, lakin belə bir sivilizasiyanın Yerə gəlməsinə dair heç bir sübut olmadığını bildirmişdir. Kainatın 15 milyard illik inkişafını, sivilizasiyaların və elmin yüksəlməsini, gələcəkdəki vəziyyəti elmi və fəlsəfi cəhətdən izah etmişdir. Həmçinin alimlərin həyatlarından bəhs edərək onların müasir elmə verdikləri töhfələrdən söz açmışdır. Bunlardan başqa Soyuq müharibə haqqında da öz fikirlərini bildirmişdir.
Kitab haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |