Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Karl Edvard Saqan (ing. Carl Edward Sagan; 9 noyabr 1934[1][2][…], Bruklin, Nyu-York ştatı – 20 dekabr 1996[1][2][…], Sietl, Vaşinqton) — amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı.
Karl Saqan | |
---|---|
ing. Carl Edward Sagan | |
Doğum tarixi | 9 noyabr 1934[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 1996[1][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı[5][6] |
Elm sahələri | astrobiologiya, Planetologiya, astrofizika, astronomiya |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbəri | Cerard Koyper |
Tanınmış yetirmələri | Nil Deqrass Tayson |
Üzvlüyü |
|
Mükafatları | |
carlsagan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Saqan astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan "Cоsmos"dan sonra məşhurlaşdı. O, həmçinin "Kontakt" romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir.
Karl Saqan Bruklində yəhudi ailəsində doğulmuşdur. Atası Sem Saqan dərzi, anası Raşi Molli Qruber evdar qadın idi. Saqan 1955-ci ildə Çikaqo Universitetinin məzunu olur. O, 1956-cı ildə fizika sahəsində magistr, 1960-cı ildə isə astronomiya və astrofizika üzrə doktorluq dərəcəsi alır. Universitet illərində genetik H. J. Müllerin laboratoriyasinda çalışır.
1960-cı illərin əvvələrində alimlərdən heç kimdə Venera planetinin səthi haqda təsəvvür yox idi. Saqan öz məqaləsində planetdə mümkün olan şərtləri qeyd etmişdir. Karl Saqanın özü belə hesab edirdi ki, planetin səthi quru və istidir.
1960–1962-ci illərdə Saqan Çikaqo Universitetində "Yerk rəsədxanası"nda, Kaliforniya Berkli Universitetində və Stenford Universitetində assistent olaraq çalışmışdır. 1962–1968-ci illərdə Harvard Universitetində astronomiyadan dərs demişdir. 1968-ci ildə Kornel Universitetidə fəaliyyətini davam etdirmişdir. 1971-ci ildə astronomiya və kosmik tədqiqatlar üzrə professor və planetlərin öyrənilməsi laboratoriyasının direktoru olmuşdur.
Onun praktiki olaraq bütün Günəş sisteminin öyrənilməsi üçün nəzərdə tutulmuş kosmik layihələrə tövhəsi olmuşdur. O, ilk dəfə olaraq Günəş sistemini tərk edən kosmik aparatlarla yerdənkənar sivilizasiyalara "göndəriş" göndərməyin ideayasını irəli sürmüşdür. Karl Saqan göndərişlər üzərində işini davam edirdi. Ən detallı göndərişi isə proqramda onun da iştirak etdiyi "Voyacerin" qızıl plastinkası" idi.
Saqan Saturnun peyki Тitanda və Yupiterin peyki Avropada okeanların olması hipotezini ilk irəli sürənlərdən olmuşdur.
Saqan, həmçinin Veneranın atmosferini, Marsda və Titanda fəsil dəyişiklərinin öyrənilməsinə nəzərəçarpacaq töhfələr vermişdir. O müəyyən etmişdir ki, Venera planetinin atmosferi çox isti və sıxdır. O həm qeyd edir ki, qlobal istiləşmə insanlar tərəfindən yaradılmış süni təhlükədir.
Karl Saqan Marsda fəsil dəyişikliyinin qum tufanının səbəb olması hipotezini irəli sürmüşdür.
Karl Saqan yerdənkənar sivilizasiyaların axtarışı ideyasını vermiş ilk alimlərdən olmuşdur. Saqan məşhur 13 seriyalı "Kosmos: fərdi səyahət" elmi sənədli filminin müəllifidir, özü isə bu filmdə hadisələri nəql edən rolunda çıxış etmişdir. Serialın ideyasını Saqan Yakov Bronovskinin "İnsanın yaranışı" serialından götürmüşdür. Serialda saundtrek kimi Bax, Vivaldi, Motsart, Stravinski, Şostakoviç, Xovanessa və s. bəstəkarların musiqiləri səslənmişdi. Karl Saqan, həmçinin elmin təbliğatı və populyarlaşdırılması üçün kitablar yazırdı. Belə kitablardan biri "Kosmos: fərdi səyahət" serialının bəzi mövzularını daha da işıqlandıran "Kosmos" kitabıdır.