Kral Opera Teatrı (Valletta)

Kral Opera Teatrı və ya Kral Teatrı (malta It-Teatru Rjal, it. Teatro Reale ) — Maltanın paytaxtı Vallettada yerləşən opera teatrı və səhnə sənətləri məkanı.

Kral Opera Teatrı
malta It-Teatru Rjal
Xəritə
Ümumi məlumatlar
Teatrın tipi Opera teatrı
Əsası qoyulub 1866
Teatr binası
Memar Eduard Middleton Barri
Açılıb 1866
Bərpa edilib 2013 (Açıq hava teatrı olaraq açıldı)
Tutumu 1295
Yerləşməsi
35°53′47″ şm. e. 14°30′37″ ş. u.
Ölkə
Yerləşir Valletta, Malta
Kral Opera Teatrı xəritədə
Kral Opera Teatrı
Kral Opera Teatrı
culture.gov.mt/en/pjazza…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar[1]

Bina ingilis memar Eduard Middleton Barri tərəfindən dizayn edilmiş və 1866-cı ildə qurulmuşdur. 1873-cü ildə binanın daxilində baş verən yanğında olduqca zərər görsə də, 1877-ci ilə qədər bərpa edildi. Teatr 1942-ci ildə II Dünya Müharibəsi zamanı hava bombardmanından birbaşa zərbə aldı. Dağıdılmasından əvvəl, Vallettanın ən gözəl və ecazkar binalarından biri idi.[2] Teatrı yenidən qurmaq üçün bir neçə imtina planından sonra dağıntıları italyan memar Renzo Piano yenidən dizayn etdi və 2013-cü ildə Pjazza Teatru Rjal adı ilə yenidən bir tamaşa məkanı kimi fəaliyyətə başladı.[3]

Opera[ölü keçid] Teatrı 1935-ci ildə
Hava[ölü keçid] hücumundan sonra Vallettadakı dağıntılar. Opera Teatrının dağıntılarını sağ tərəfdə görmək olar.
Opera[ölü keçid] Evinin dağıntıları 2006-cı ildə daxili bir avtomobil dayanacağı olaraq istifadə edildi.
Pjazza[ölü keçid] Teatru Rjal tikinti zamanı.

Binanın dizaynı Kovent Qarden Teatrının memarı Eduard Middleton Barriyə tapşırıldı və klassik dizayn planı 1861-ci ilə qədər

tamamlandı.[4][5][6] Orijinal planlar dəyişdirilməli idi, çünki teatrın yan tərəfindəki yamaclı küçələr nəzərə alınmamışdı. Bu, Malta memarlarının tərtib etdiyi Strada Reale (indiki Respublika küçəsi) tərəfində bir terasın əlavə edilməsinə səbəb oldu.[7]

206 fut (63 m) x 112 fut (34 m) ölçüsündəki binanın inşasına 1862-ci ildə başlandı. Dörd ildən sonra, 9 oktyabr 1866-cı ildə oturma qabiliyyəti 1,095 və 200 nəfər olan Opera Teatrı rəsmi açılışa hazır oldu.[8]

Teatr uzun müddət dayanmadı və 25 may 1873-cü ildə,[8] açılışından cəmi altı il sonra yaranan yanğında ciddi zərər gördü.[9]

Teatrın yenidən qurulması qərara alındı və iş üçün təkliflər verildikdən və cəbhənin dəyişdirilib dəyişdirilməməsi ilə bağlı bir çox mübahisədən sonra teatr hazır oldu. 11 oktyabr 1877-ci ildə, təxminən dörd il yarım əvvəlki yanğından sonra teatr Verdinin Aidan tamaşası ilə yenidən açıldı.

Təxminən 65 il sonra, Kral Opera Teatrında yenidən faciə baş verdi:

" Teatr 1942-ci ilin 7 aprel çərşənbə axşamında Lüftvaffe bombardmançıları tərəfindən dağıdıldı. Növbəti səhər hava bombardmanına öyrəşmiş xalq öz milli teatrlarının qalıqlarını yoxladılar.... Portik və auditoriya bir yığın daş, dam isə bükülmüş tirlərdən ibarət bir boşluq idi. Kolonnadanın yarısından başlayan arxa cəbhə isə hələ də bötüv idi.[10] "

Qalan strukturlar təhlükəsizlik tədbirləri olaraq 1950-ci illərin sonlarında düzəldildi. 1946-cı ildə həmkarlar birliklərinin təzyiqi səbəbiylə yaranan hökumət tənəzzülü ilə Maltadakı alman əsirlərinin teatrı yenidən qurmağı təklif etdiyinə dair bir iddia var. Bu situasiya üçün daha çox ehtimal olunan səbəb bu hərbi əsirlərdən hər hansı birinin ixtisaslı mason ollacağını gözləməyin çətin olmasıdır.

Opera teatrında qalan qalıqların hamısı terras və sütun hissələri idi.

Dağıntılar və yenidənqurma planları

[redaktə | mənbəni redaktə et]

Bombalanmış ərazinin çox hissəsi söküntüdən və qalan dekorativ heykəldən təmizlənsə də, yenidən qurulması müharibədən sonrakı

hökumətlər tərəfindən daha aktual hesab olunan

yenidənqurma layihələrinin lehinə dəfələrlə təxirə salındı.

1953-cü ildə altı məşhur memar yeni teatrın dizaynını təqdim etdi. Komitə Zavellani-Rossinin layihəsini seçdi və müəyyən dəyişikliklərə məruz qalaraq Hökumət tərəfindən qəbul edilməsini tövsiyə etdi. 1955-1956-cı illər büdcəsində teatrın yenidən qurulması üçün 280 min funt vəsait ayrılsa da, heç vaxt istifadə edilmədi. Layihə 1957-ci ilə qədər hazırlandı və 1961-ci ildən sonra ölkənin inkişaf planlarında teatra edilən bütün istinadlar buraxıldı.

1980-ci illərdə ərazidə qurulacaq yeni binanın dizaynı və şəhərin giriş hissəsinin bərpası üçün memar Renzo Piano ilə əlaqə quruldu.1990-cı ildə Hökumət tərəfindən təsdiqlənmiş, lakin işə Piano planlarını təqdim etdi. 1996-cı ildə hakimiyyətə gələn Əmək Partiyası ərazinin yeraltı bir avtoparkı ilə birlikdə ticarət və mədəniyyət kompleksinə çevrilməsinin Maltanın minillik layihəsi olacağını bildirdi. 1990-cı illərin sonlarında Maltalı memar Riçard İnqlənd də bir mədəniyyət mərkəzi üçün planlar hazırlamağa tapşırıldı. Hər dəfə yaranan mübahisələr bütün təşəbbüsləri məhv etdi.

Pjazza Teatru Rjal

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə hökumət əvvəllər Valletta Qrandmaster Sarayının köhnə cəbbəxanasında yerləşən xüsusi bir Parlament Evi üçün bina hazırlamaq təklifini elan etdi. Təklif yenə də doğtu olmadı, çünki saytın nəhayət bir mədəniyyət müəssisəsi olacağı güman edilirdi. Lakin Renzo Piano işə yenidən yanaşdı və yeni dizaynlar üzərində işləməyə başladı. Təklif 2008-ci ilin ümumi seçkilərindən sonra çox güman ki, saxlanıldı və 1 dekabr 2008-ci ildə Baş nazir Laurens Qonzi 80 milyon avro büdcəsi olan təklifi canlandırdı. Piano, Hökuməti Opera Evinin yerində Parlament qurmaqdan çəkindirdi, bunun əvəzində indiki Azadlıq Meydanında Məclis Evi qurmağı və şəhər darvazasının yenidən modelləşdirilməsini planlaşdırdı. Piano ərazi üçün açıq hava teatrı təklif etdi.

Teatrın Piano ilə inkişafı dövrü mübahisəlidir.[11] Hökumət yenə də planları ilə irəlilədi və 8 Avqust 2013-cü ildə açıq hava teatrı rəsmi açıldı. Teatr orijinal quruluşdan sonra Pjazza Teatru Rjal adlandırıldı.[12] Bu ifadə malta dilində Kral Teatr Meydanı (ing. Royal Theatre Square) kimi tərcümə olunur, lakin məkan həmişə İngilis dilində yazılsa da, Malta adı ilə xatırlanır.[13]

  • Badger, George Percy. Historical Guide to Malta and Gozo. Calleja. 1869. 218–219.
  • Gauci, M. "New Light On Webster Paulson and his Architectural Idiosyncrasies" (PDF). Proceedings of History Week (PHW). 12 (9). 2009: 137–150. ISBN 978-99932-7-400-1.
  1. 1 2 3 archINFORM (alm.). 1994.
  2. "Valletta's Royal Opera House, from glamour to rubble". The Man Who Went To Malta. 12 December 2011. 4 January 2014 tarixində arxivləşdirilib.
  3. "Pjazza Teatru Rjal". Malta Ministry of Culture. April 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 16, 2019.
  4. Borg, Malcolm. British Colonial Architecture: Malta, 1800-1900. Publishers Enterprises Group. 2001. səh. 138. ISBN 978-9990903003. 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-19.
  5. Squires, Nick. "Maltese anger at plans to rebuild Valletta". The Daily Telegraph. London. 8 May 2010. 31 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2019.
  6. Rix, Juliet. Malta and Gozo. Bradt Travel Guides. 2015. səh. 118. ISBN 978-1784770259.
  7. "Sir Adrian Dingli". Journal of the Maltese Historical Society. 1955. 21 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2019.
  8. 1 2 Denaro, Victor F. (1959). Houses in Kingsway and Old Bakery Street, Valletta Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine. Melita historica. Journal of the Malta Historical Society. 2 (4). p. 202.
  9. Architect Andrea Vassallo Arxivləşdirilib 2014-04-21 at the Wayback Machine. p. 228.
  10. Bonnici, Joseph; Cassar, Michael. The Royal Opera House – Malta. Gutenberg Press. 1990. səh. 79.
  11. Mallia, Nicholas. David Felice (redaktor). "Chalet" (PDF). The Architect. Media Today: 11. 20 January 2018 tarixində arxivləşdirilib (PDF).
  12. "Valletta's open theatre officially inaugurated". Times of Malta. 8 avqust 2013. 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 yanvar 2014.
  13. Ameen, Juan. "Pjazza Teatru Rjal to host arts festival". Times of Malta. 29 June 2013. 21 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2016.