Kreyser (film, 2016)

Kreyser (ing. USS Indianapolis: Men of Courage USS) Mario Van Peebles tərəfindən çəkilən və Nikolas Keycin baş rolda oynadığı 2016-cı il istehsalı olan döyüş filmidir. Əsas çəkilişlər Alabama ştatının Mobile şəhərində 2015-ci ilin iyun ayında başlamışdır. Filmin premyerası 24 avqustda Filippində, 1 sentyabrda ABŞ-də baş tutmuşdur.

Kreyser
ing. USS Indianapolis: Men of Courage
Janr triller filmi, döyüş filmi, müharibə filmi, tarixi film, dram filmi
Baş rollarda
Operator
  • Andjey Sekula[d]
Distribütor Netflix
İlk baxış tarixi 14 oktyabr 2016, 19 iyul 2017
Müddət 128 dəq.
Ölkə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID2032572

Süjet xətti[redaktə | mənbəni redaktə et]

Filmin süjeti real hadisələrə əsaslanır. İkinci Dünya Müharibəsi əsnasında, ABŞ Hərbi Dəniz Qüvvələrinin Portland sinifli kreyseri Indianapolis, Xirosimanı bombalamaq üçün nəzərdə tutulan Little Boy atom bombasının vacib hissələrini Tinian adasındakı ABŞ hərbi bazasına çatdırır. 1945-ci il iyulun 30-da geri qayıdarkən gəmi Yaponiya İmperator Donanmasının I-58 tipli sualtı qayığı ilə torpedo atəşinə məruz qalır və 12 dəqiqə sonra batır. Növbəti 4 gün ərzində, kreyserin ekipajı, kömək gözləyərkən, açıq dənizdə həm köpək balıqlarının hücumlarına qarşı mübarizə aparmalı, həm də qızmar günəşin yandırıcı təsiri altında, sağ qalmaq məcburiyyətində qalırlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.filmaffinity.com/es/film594839.html.
  2. http://www.imdb.com/title/tt2032572/fullcredits.