Kriminal psixologiya

Kriminal psixologiyaKriminal psixologiya hüquq psixologiyasnın mühüm sahələrindən biri olub hüquq pozğunluğunun psixoloji mexanizmlərini və cinayət əməlinə yol verən hüquqpozanların psixoloji xüsusiyyətlərini öyrənir.Başqa sözlə kriminal psixologiya ayrı-ayrı şəxslərdə cinayətkar yönümün,cinayətkarlığa meyilliyin,cinayət törətmək fikrinin,niyyətinin yaranmasının cinayətin hazırlanılması və həyata keçirilməsinin eləcədə cinayətkar davranış streotipinin yaranmasının psixoloji qanunauyğunluqlarını öyrənir. Kriminal psixologiyada cinayətkar davranışla bağlı psixoloji xüsusiyyətlərinin öyrənilməsi zərurəti,hər şeydən əvvəl praktikanın tələbləri ilə şərtlənir,yəni cinayətkarlığa qarşı mübarizə aparmaq tələbatı ilə bağlıdır. Kriminal psixologiyada cinayətkar şəxslərin, həm də cinayətkar qrupların strukturu psixoloji xüsusiyyətləri öyrənilir.

Kriminal psixologiyanın predmeti və vəzifələri

[redaktə | mənbəni redaktə et]

Hüquqazidd niyətin yaranmasına insanın malik olduğu sinir sisteminin tipi,temperamenti,xarakteri, eləcədə intellektşüur səviyyəsi də təsir edir. Odur ki,şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillərin rolu, həmin amilərin sosial inkişaf prosesindəki yerinə və mövqeyinə görə nəzərdən keçirilməlidir. Doğrudur insanın təbii imkanları,cinsi xüsusiyyətləri,sinir sisteminin tipləri anadan olarkən mövcud olur. Lakin həmin anadangəlmə təbii imkanlara,sinir tiplərinə valideynlərin sağlamlıq səvyyəsi ilə yanaşı,xüsusən də anaların alkoqolizmə,narkotik maddələrə alışması ciddi mənfi təsir göstərir. Yəni yeni doğulan uşaqların orqanizmində həmin amillərin təsiri ilə müxtəlif xəstəlik və pozğunluqlar özünü göstərir.Kriminal psixologiyada cinayətkarın şəxsiyyəti ilə onun sosial mühitinin qarşılıqlı əlaqəsinə kompleks hlda yanaşma, yəni mühit və şəxsiyyətin müxtəlif çalarları münasibətlər sistemini ətraflı öyrənmək və nəzərə almaq lazımdır.[1] Təsadüfi deyildir ki, cinayətkarlığın strukturu və vəziyyəti və inkişaf dinamikası araşdırılarkən nəinki cinayət faktları, həm də cinayətkarlar kontingenti, başqa sözlə, cinayətkar qrup və ya dəstə də ətraflı öyrənilir.Bu yolla əldə edilən faktların eləcə də subyektiv amillərin ümumiləşdirilməsi cinayətkarlığın dinamikasını da daha dəqiq sürətdə proqnozlaşdırmağa imkan verir. Həm də cinayətkarlığın sosial proseslərə təsirini də müəyyən etməyə imkan verir.Eləcə də cinayətkarlığa qarşı mübarizəni əsaslı sürətdə təşkil etməyə imkan verir. Buna görə də cinayətkarların şəxsiyyətini, onların psixoloji xüsusiyyətlərini öyrənmək kriminal psixologiya üçün əhəmiyyət kəsb edir. Kriminal psixologiya üçün bir cəhətdə xüsusi əhəmiyyət kəsb edir ki,ümumən cəmiyyətdə,ya ölkədə hər hansı bir bölgədə cinayətkar davranışa meyilli şəxsiyyət tipi nə dərəcədə yayılmışdır və belə tiplər cəmiyyətin digər üzvləri ilə necə rəftar edirlər,onlara nə dərəcədə uyğunlaşa bilirlər. Bununla bərabər,cinayətkar davranışa meyilli şəxslərin təşəkkülünün sosial- iqtisadi, sosial-psixoloji səbəb və şəraiti necədir? Buna görə də kriminal psixologiyanın mühüm vəzifələrindən biri şəxsiyyəti cinayətkar davranışa sövq edən daxili və xarici təhrikləri, onların müəyyən xarici aləm faktorları ilə çuğlaşaraq hər bir fərd üçün kriminogen şərait yaratması məsələsini ətraflı araşdırmaqdı. Kriminal psixologiyada sistemli yanaşma sahəsində cinayətkarın psixoloji xüsusiyyətləri daha ətraflı öyrənilir və praktik əhəmiyyətli nəticələr əldə edilir. Həmin yanaşmanın başlıca cəhətləri aşağıdakılardan ibarətdir;

  • Hüquq pozğunluğuna xüsusən də cinayətkar davranışa yol verənlərin şəxsiyyəti mürəkkəb iyerarxik sistem kimi tədqiq edilir və həmin sistemdə cinayətkar davranışla birbaşa əlaqəsi olan elementlər ayırd edilir.
  • Qanun pozanların,cinayətkar davranışa yol verənlərin şəxsiyyəti onların fəaliyyəti, sosial şəraitlə qarşılıqlı münasibətləri vasitəsilə dərk edilir, öyrənilir.
  • Şəxsiyyət və onun fəaliyyəti ilə yanaşı, tədqiqatın araşdırmanın mühüm tərkib hissələrindən biri də fərdi əhatə edən mühit, xüsusən də sosial mikromühit olmalıdır.

Qeyd edilən cəhətlər onu göstərir ki, kriminal psixologiyanın predmenti çox mürəkkəb və çoxcəhətlidir, burada hüquq pozğunluqlarının psixoloji mexanizmlərinin,cinayətkarların psixoloji xüsusiyyətlərini öyrənmək önəmli yer tutur və bu sahə əldə edilən elmi nəticələr hüquqazidd davranışla mübariza işində xüsusi əhəmiyyət kəsb edir

Kriminal psixologiyada tətbiq edilən metodlar

[redaktə | mənbəni redaktə et]

Cinayətkarlığın proqnozlaşdırılması metodları

[redaktə | mənbəni redaktə et]

Cinayətkarın proqnozu dedikdə onun gələcək vəziyyəti və müəyyən dövr ərzində profilaktik imkanları,cinayətkarlığa başqa vasitələrlə təsir göstərmək haqda ehtimalı mühakimə nəzərdə tutulur. Cinayətkarlığın proqnozlaşdırılmasında üç əsas metoddan istifadə edilir.

Ekstrapolyasiya metodu

[redaktə | mənbəni redaktə et]

Bu zaman proqnozlaşdırılan obyektin tarixi öyrənilir və onun inkişafının qanunauyğunluğu,keçmiş və bugünkü,inkişafı nəzərə alınır.Və bu əsasda onun gələcək vəziyyəti proqnoz edilir.Bunun üçün bilavasitə proqnoz edilən dövrdən əvvəl mövcud olan vəziyyət aydınlaşdırılır,illər üzrə müəyyən dövr üçün dinamik sıralar yaradılır. Əhatə etdiyi zamandan asılı olaraq cinayətkarlığın proqnozunun üç növü fərqləndirilir;

  • 1-Qısamüddətli proqnozlaşdırma-Bir ildən üç ilə qədər aparılan proqnozdur. Bu zaman cinayətkarlıqda yaxın gələcəkdə baş verəcək dəyişikliklər onların istiqamətləri haqqında elmi fikir söylənilir.
  • 2-Ortamüddətli proqnozlaşdırma-4 ildən 10 ilə qədər olan dövrü əhatə edir. Bu cür proqnoz nisbət böyük zaman intervalında həyata keçirilir,cinayətkarlıqla mübarizə strategiyasını müəyyən edir.
  • 3-Uzunmüddətli proqnozlaşdırma- 10 ildən artıq aparılan proqnozu nəzərdə tutur. Belə proqnoz bütövlükdə cinayətkarlığın səviyyəsi və quruluşu ilə cəmiyyətin sosial-iqtisadi və mədən inkişaf səviyyəsi arasındakı əlaqənin təhlilinə əsaslanır.

Proqnoz edilən müddətin intervalı böyüdükcə səhvin də miqyası genişlənir.

Ekspert qiymətləndirmə metodu

[redaktə | mənbəni redaktə et]

Stajına,peşəkarlıq dərəcəsinə,maraq dairəsinə,biliyinə və s. əlamətlərinə görə xüsusi seçilmiş elmi və praktik işçilərin cinayətkarlığın və onun növlərinin gələcək parametrlərinə, onun dəyişmə prosesinə təsir göstərən hadisə və proseslər haqqında ümumiləşdirilmiş fikridir.Bu metodun üstünlüyü ondadır ki,yüksək ixtisaslı peşə sahibləri proqnozlaşdırılan hadisə haqqında fikir söyləyərkən təkcə rəsmi məlumatlardan deyil, həm də özlərinin təcrübə intuisiyasından istifadə edirlər.

Modelləşdirmə metodu

[redaktə | mənbəni redaktə et]

Cinayətkarlığa cidi təsir göstərən amillər kompleksinin qarşılıqlı təsiri əsasında cinayətkarlığın inkişafını təsvir edən riyazi düsturlardır. Sosial hadisələrin tədqiqində model,məntiqi,yaxud şərhi simvollar formasında ifadə olunur. Modelləşdirmənin ən geniş forması riyazi modelləşdirmədir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Kriminologiya (PDF) (az.). 2023-05-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-05.