Kriptobiya khaibulaevi

Cryptobia khaibulaewi (lat. Cryptobia khaibulaewi )-Mastigophora tipinə aid olan növ.

Kriptobiya khaibulaevi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Cryptobia khaibulaewi Bu parazitin bədən forması dəyişkəndir, uclardan kütləşmiş amöb formalı əyri, oval formalı ön və iti arxa qurtaracaqlı formalara qədər dəyişir. Uzanmış, azca əyilmiş formalara da rast gəlinir. Nüvə müəyyən formada deyil, ön qurtaracaqda və ya arxada yerləşir, ya da lap arxa qurtaracaqda olur. Bu növün xarakterik xüsusiyyəti ön tərəfin əyri tərəfində yerləşən kinetoplastın ölçülərinin iri olmasıdır. Əksər fərdlərdə o intensiv qırmızı rəngə boyanır. Sitoplazma tünd göy rəngdədir, bədənin ön hissəsi əksər halda açıq rəngdədir. Bədənin uzunluğu 15.0–26.0, eni 3.0–14.0, ön qamçının uzunluğu 11.0–21.0, arxa qamçının uzunluğu 9.0–18.0, nüvənin uzunluğu 3.0–8.5, kinetoplastın uzunluğu 6.5–12.0 mkmdir.

Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Mahir Əli oğlu Hüseynov Azərbaycanda balıq, amfibi və su reptililərinin ibtidai qan parazitləri;