Kristina Xoynovskaya-Liskeviç

Kristina Xoynovskaya-Liskeviç (pol. Krystyna Chojnowska-Liskiewicz; 15 iyul 1936[1][2], Varşava[2]12 iyun 2021[2], Qdansk, Pomoraniya voyevodluğu) — Polşa yaxtaçısı və mühəndis-gəmi inşaatçısı. Kristina Dünya üzrə səyahətini yelkənli yaxtasında etmiş birinci və yeganə qadındır.[3][4][5]

Kristina Xoynovskaya-Liskeviç
pol. Krystyna Chojnowska-Liskiewicz
Doğum tarixi 15 iyul 1936(1936-07-15)[1][2]
Doğum yeri
Vəfat tarixi 12 iyun 2021(2021-06-12)[2] (84 yaşında)
Vəfat yeri
Fəaliyyəti tədqiqatçı-səyyah[d], sailor[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kristina Xoynovskaya 1936-cı ildə Varşavada anadan olmuşdur. Müharibədən sonra ailəsi ilə birlikdə Kristina şimali Polşadakı Ostrudaya köçürülmüşdür. 1953-cü ildən Qdanskda yaşayır. Kristina Qdansk Politexnik İnstitutunda təhsil almışdır. Sonralar Qdanskda yerləşən tərsanədə gəmi konstruktoru işləmişdir. Orada o, öz gələcək həyat yoldaşı ilə tanış olmuşdur.[6]

16 yaşı olarkən Kristina yelkənli qayıq idmanıyla məşğul olmağa başlamışdır. 1960-cı ildə o şturman, 1966-cı ildə — kapitan, yelkənli yaxtaların idarə edilməsi lisenziyanı alıb. Kapitan olarkən Kristina 21 okean və dəniz səyahəti etdi. Ekipajında üç nəfər qadın da yer alırdı. Bir neçə səyahətə əri ilə birlikdə getmişdir. Onun əri də yelkənli qayıq idmanıyla maraqlanırdı.

Kristina yelkənli yaxtası ilə yer kürəsi ətrafında səyahət etmiş ilk qadın kimi tarixə düşmüşdür. Mazurek yaxtasında səyahət edən xanım səyahətinə 28 mart 1976-cı ildə Las-Palmas-de-Qran-Kanariya şəhərindən başladı. Brictaun (Barbados) vasitəsilə Kristina Balboa, Taioxae, TaitiSidneyə qədər gəlib çata bildi. Burada isə yaxta təmir olundu.[7] Darvin limanı vasitəsilə səyahətinə davam etdikdən sonra o ciddi xəstələndi və Kernsdən təyyarə ilə Portlend-Roudsa çatdırıldı. Bununla belə, Kristina səyahətinə davam etdi. 2 dekabr 1977-ci ildə Mozambik boğazına çatmağa nail oldu. Nəticədə Kristina 31 166 dəniz mili qət etdi və 401 gün sonra 21 aprel 1978-ci ildə Las-Palmasda səyahətini başa vurmağa nail oldu. Kristina bu nəticə ilə Ginnesin Rekordlar Kitabına adını yazdırmışdır.

  • Polnische Entdecker, Herausgeber: Polnisches Ministerium für Auswärtige Angelegenheiten, ISBN 83-89175-51-7, Seite 55 ff.