Kseniya Lvovna Babiçeva (6 (19) noyabr 1907, Varşava – 16 iyun 1984, Bakı) — aktrisa, Azərbaycan SSR xalq artisti (1946), Azərbaycan SSR Ali Sovetinin deputatı.
Kseniya Babiçeva | |||
---|---|---|---|
Doğum tarixi | |||
Doğum yeri | Varşava, Polşa çarlığı, Rusiya imperiyası | ||
Vəfat tarixi | (76 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Teatr | Azərbaycan Dövlət Rus Dram Teatrı (1938-ci ildən) | ||
Mükafatları |
|
1938–1983-cü illərdə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış etmişdir.
Azərb. SSR Ali Sovetinin (2-ci və 9-cu çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur[1].
Rolları: Xuraman ("Vaqif", S.Vurğun), Sona ("1905-ci ildə", C.Cabbarlı), Tugina ("Son qurban", A.Ostrovski), Nadejda, Sofya ("Düşmənlər", "Zıkovlar", M.Qorki), Nadejda Leonidovna ("Kino çəkilir…," E.Radzinski), Məryəm ("Dairəni genişləndirin", İ.Qasımov) və s.