Sədrəpüşi (fars. سدرهپوشی) və ya nəvcut (ing. Navjote) — fərdin zərdüşti dininə daxil olması, sədrə və kuşti geyinməyə başlaması ilə əlaqədar mərasim. Sədrəpüşi termini əsasən İran zərdüştiləri, nəvcut isə əsasən Hindistan zərdüştiləri (parsilər) tərəfindən istifadə olunur.
Sədrəpüşi farsca termini ritualın əsas komponentinə istinad edərək "sədrə taxmaq" kimi tərcümə olunur. Nəvcut sözü Qücərat dilində "yeni" və "[dua] oxuyan", "çağrıcı", "qurban" birləşməsinin latınlaşdırılmış formasıdır. Sözün ikinci yarısı Avesta dilindəki "zaotar" sözündən gəlir.[1][2]