Sədrə

Sədrə geyinmiş zərdüşti keşişi sədrəpüşi mərasimində uşağa kuşti bağlamağı öyrədir.

Sədrəzərdüştilərin kuşti ilə birlikdə geyindiyi alt paltar üçün Avesta termini.[1][2] Bir parça nazik pambıq parçadan hazırlanır. Sədrə geniş yaxalıqlı və minimal qolludur. Ümumilikdə 9 tikiş var, onların sayı simvolik məna daşıyır. Zərdüştilər belindəki sədrənin üstündə öz dinlərinə mənsubluğun əsas simvolu olan kuştini bağlayırlar.

"Sədrə" adının dəqiq etimologiyası yoxdur. Anketil-Düperron sözün köklərini "Avesta"dan çıxarmışdır. Ona görə, bu söz "faydalı geyim" kimi tərcümə edilən "stəhrpaesah" epitetindən törəmişdir.[3]

  1. Parsi Khabar
  2. Zoroastrians sudreh / kushti
  3. Anquetil Du Perron. Zend Avesta, Tome II. p.529.