Selanqor — Malayziyanın 13 ştatından biri. Ştat Malayziya yarımadasının qərb sahilində yerləşir və qərbdən Malakka boğazı, cənubdan Neqeri Sembilan, şərqdən Pahanq, şimaldan Perak ştatları ilə sərhədə malikdir. Ştat Kuala Lumpur və Putracaya federal ərazilərini əhatə edir.
Malayziyanın ştatı | |||||
Selanqor | |||||
---|---|---|---|---|---|
malay Selangor Darul Ehsan | |||||
|
|||||
Duli Yang Maha Mulia |
|||||
3°20′ şm. e. 101°30′ ş. u.HGYO |
|||||
Ölkə | Malayziya | ||||
İnzibati mərkəz | Şah Alam | ||||
Sultan | Şarafuddin İdris Şah | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1895 | ||||
Sahəsi | 7 960 km² (9-cu yer) | ||||
Saat qurşağı | +8 | ||||
Əhalisi | |||||
Əhalisi | 5 462 141 nəfər (2010) (1-ci yer) | ||||
Əhalinin sıxlığı | 686,2 nəfər/km² (1-ci yer) | ||||
Rəqəmsal identifikatorlar | |||||
Abreviatura | SL | ||||
ISO kodu | MY-10 | ||||
Telefon kodu | 03 | ||||
Poçt indeksi | 40000–48999, 62000–64999 | ||||
Avtomobil nömrəsi | B | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Ştatın inzibati mərkəzi Şah Alamdır, lakin ştatı idarə edən sultanın iqamətqahı Klanq şəhərində yerləşir. Selanqor ştatında daha bir əsas şəhər 20 iyun 2006-cı ildə şəhər statusu verilmiş Petalinq Cayadır.
Selanqor ştatı Ümumi daxili məhsulun həcminə görə Malyziyada ən böyük iqtisadiyyata malikdir. Malayziyanın ümumi daxili məhsulunun 23%-ni təşkil edən[1] ştatın 2010-cu ildəki ÜDM-un həcmi təxminən 42 milyard ABŞ dolları həcmində olmuşdur.[2] Selanqor həmçinin yaxşı infrastruktura eləcə də magistral yolları və nəqliyyatına görə Malayziyada ən çox inkişaf etmiş ştatdır. Selanqor ştatı Malayziyada ən çox əhali yaşayan ştat olmaqla yanaşı, yüksək həyat səviyyəsinə və yoxsulluğun sayının ən aşağı göstəricilərinə malikdir.[3]