Neqeri Sembilan

Negeri Sembilan (əvvəl Negri Sembilan, Azərbaycanca: Doqquz Dövlət) — Qərbi Malayziyanın cənub-qərbində əyalət (negeri). Sahəsi 6.642 km²-dir. Malakka Boğazına 48 km-lik bir sahili olan əyalət topraklarından Linggi ve Mirar çayları axır. Əyalət bu gün o biri Malayziya əyalətlərindən fərqli olaraq, regional qəbilə rəislərinin arasından seçilən bir sultan tərəfindən idarə olunmaqdadır.

Malayziyanın ştatı
Negeri Sembilan
malay Negeri Sembilan
Bayraq Gerb
Bayraq Gerb

3°20′ şm. e. 101°30′ ş. u.HGYO


Ölkə Malayziya
İnzibati mərkəz Seremban
Tarixi və coğrafiyası
Sahəsi 6.686 km²
Saat qurşağı
Əhalisi
Əhalisi 1,098,400 nəfər (2015)
Rəqəmsal identifikatorlar
ISO kodu MY-05
Telefon kodu 06
Poçt indeksi 70000–73999
Avtomobil nömrəsi N
Rəsmi sayt
Negeri Sembilan xəritədə
Negeri Sembilan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Soyköklərini Şrivicaya hökümdarlarından götürən Negeri Sembilan şahzadələri bölgəyə xıv əsrdə Minangkabau (Sumatra) ve Selebesdən gəldilər. Anasoyluluğa əsaslanan ve Adat Perpateh adlanan qanunlarını bölgə xalqına qəbul etdirən Minangkabaular, bölgədə son dərəcə xüsusi bir mədəniyyət və arxitektura yaratdılar.

Bu gün Selangor, Melaka, Johor və Pahang əyalətlərinin bəzi seqmentlərinə suveren olan doqquz dövlət (Negeri Sembilan), 1773-cü ildə zəif bir konfederasiya rəhbərliyi altında birləşdi. Konfederasiya bölgədəki qalay mədənlərinin nəzarəti ələ keçirməyə çalışan Britaniyanın təklifini qəbul edərək XIX əsrdə Britaniya himayəsi altına girdi. 1895-ci ildə Federal Malaya Əyalətinə birləşən Negri Sembilan, Yaponlar tərəfindən işğal edildiyi II Dünya Müharibəsindən sonra da Malaziya Federasiyasına qatıldı.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyat istehsal sektoruna dayanır, elektrik və elektron, tekstil, mebel, kimyəvi maddələr, maşın və rezin əşya istehsal maddələridir. Dərin vadilərdə düyü əkinçiliyinə əsaslanır. Meyvə və kauçuk istehsalı də məşhurdur. Şəhərlərdə yaşayanların əksəriyyətini Çinlilər və Hind təşkil edir. Əhalinin böyük hissəsini müsəlmanlar təşkil edir. Əsas şəhərləri əyalət mərkəzi Serembanla Kuala Pilah və Port Dicksondur .