Kunktator

Kvint Fabi Maksim Kunktator ( Kunktator lat. astagəl, ləng, ehtiyatlanan) - II Pun müharibəsi zamanı Hannibalın ordusuna qarşı vuruşan diktator. Hannibalın ordusunu həlledici döyüşdə məğlub etmək cəhdləri bir neçə dəfə romalılar üçün faciyəvi məğlubiyətlə bitdiyinə görə, Kvint Fabi çox ehtiyatlı taktika seçmişdir, o Hannibalı kiçik toqquşmalarla yormağı düşünürdü. Ancaq bu siyasət Romada narazılıqla qarşılandı, çünki müharibənin uzanması, senatın fikrinə görə Romaya baha başa gəlirdi. Nəticədə Kvint Fabinin səlahiyətləri yeni seçilmiş konsullara Terrensi Varrona və Emili Pavelə verilir. Onların Hannibalı həlledici döyüşdə məğlub etmək niyyəti romalılar üçün çox baha başa gəlir. Kann yaxınlığında (Kanna döyüşü) Hannibal Roma ordusunu mühasirəyə salır və demək olar ki tamamilə məhv edir. Bundan sonra romalılar məcburən ehtiyatlı taktika variantına qayıdırlar.

Kvint Fabi Maksim Kunktator
Quintus Fabius Maximus Verrucosus Cunctator
E.ə. 233, E.ə. 228, – E.ə. 215, E.ə. 214, E.ə. 209
Şəxsi məlumatlar
Doğum tarixi E.ə. 280
Doğum yeri
Vəfat tarixi E.ə. 203
Vəfat yeri
Anası bilinmir
Həyat yoldaşı
  • bilinmir
Uşaqları Kvint Fabi Maksim, e.ə 213 -ci il konsulu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • История Древнего Мира. Расцвет Древних Обществ. Издательство восточной литературы, Москва, 1989.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]