Əhməd Hacı Kadırov adına Kurçaloy İslam İnstitutu (rus. Курчалоевский исламский институт имени Ахмата-Хаджи Кадырова) — Çeçenistan Respublikasının ən yüksək dini təhsil müəssisəsi. Şimali Qafqazda ilk İslam institutu. Kurçaloy şəhərinin mərkəzi hissəsində yerləşir.
Kurçaloy İslam İnstitutu | |
---|---|
43°11′58″ şm. e. 46°05′28″ ş. u.HGYO | |
Əsası qoyulub | 1988 |
Rektor | Xoc-Əhməd Şirvaniyeviç İbrahimov |
Tələbə sayı | 300 |
Ölkə | |
Ünvan | 366319, Rusiya, Çeçenistan Respublikası, Kurçaloy, Kadırov küçəsi, 8. |
Sayt | kurchaloy-islam-inst.ru |
Vikianbarda əlaqəli mediafayllar |
1988-ci ildə din xadimi, təşəbbüskar və xeyriyyəçi olan Nasuha Hacı Əhmədov Şimali Qafqazda Şimali Qafqaz mədrəsəsinin əsasını qoymuşdur. Eyni zamanda, Əhmədov planlarını həyata keçirmək üçün Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırova müraciət etmişdir. Əvvəlcə instituta Nasuha Hacı Əhmədovun adı verilmişdir.[1]
29 aprel 1991-ci ildə mədrəsə ali dini təhsil müəssisəsinə çevrilmiş və Kurçaloy İslam İnstitutu adlandırılmışdır. 2004-cü ildə Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırovun ölümündən sonra institutun adı Əhməd Hacı Kadırov adına Kurçaloy İslam İnstitutu olaraq dəyişdirildi.[1]
2007-ci ildə Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovun təşəbbüsü ilə İslam universitetində yenidənqurma tədbirləri həyata keçirilmişdir. İnstitut daxilində inzibati və akademik binalar, 220 nəfərlik yataqxana, yeməkxana və idman zalı tikilmişdir.[1]
İnstitutun mövcud olduğu illər ərzində ilahiyyat, ərəb dili ixtisası üzrə 627 tələbə onun məzunu olmuşdur. 2018 -ci ildə institutda 332 tələbə təhsil almışdır.[2] İnstitutun respublika üzrə 13 filialı var.[3]