Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Kurt Landau (alm. Kurt Landau;29 yanvar 1903[1], Vyana[3] – 1937[1][2][…], İspaniya[4][5]) — Avstriya, Almaniya və İspaniyada fəaliyyət göstərən solçu siyasətçi və publisist.
Kurt Landau | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 yanvar 1903[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1937[1][2][…] |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Kurt Landau 1921-ci ildən Avstriya Kommunist Partiyasının üzvü olmuşdur, Vahrinqdəki ictimai təşkilata rəhbərlik etmişdir. Stalinizm əleyhinə çıxış edərək trotskist hərəkatına — Beynəlxalq sol müxalifətə qoşulmuşdur. 1927-ci ildə AKP-dan xaric edildikdən sonra "Avstriyada anarxo-kommunizmin mahiyyəti və tarixi" kitabçasını dərc etdirmişdir. 1929-cu ildən Leninbundun üzvü olmuş, "Vedinq müxalifəti"-nə ("Landau Qrupu") rəhbərlik etmişdir. 1931-ci ildə "İskra" qrupunu yaradaraq KKE-nin Sol Müxalifətindən ayrılmışdır.[4][6]
1936-cı ilin sonunda o, həyat yoldaşı Katya Landau ilə birlikdə İspaniyada baş vermiş vətəndaş müharibəsində respublikaçılara qoşularaq POUM dəstələrində döyüşməyə başlamışdır. Lakin 1937-ci ilin iyununda POUM və Milli Əmək Konfederasiyası (MƏK) tərəfdarlarının evlərində Stalin repressiyalarından gizlənməyə məcbur qalmışdır. 23 sentyabr 1937-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı agentləri tərəfindən qaçırıldıqdan sonra öldürülmüşdür. Katya Landau da, həyat yoldaşı kimi qaçırılmışdır, lakin sonra Otto Bauer və Fridrix Adlerin və beynəlxalq ictimaiyyətin etirazlarının nəticəsi olaraq sərbəst buraxılmışdır.