Kvadrat qarpız (ing. Square watermelon) — kub formasında xüsusi şəraitdə yetişidirilmiş qarpız çeşidi. Kvadrat qarpızlar əsasən Yaponiyada yetişdirilməkdədir və bir ədədi 100 ABŞ dolları dəyərində qiymətləndirilir.[1]
Kvadrat qarpızların ilk dəfə Yaponiyada istehsal olunmuşdur. Belə qarpızları ilk dəfə 1978-ci ildə Kaqava prefekturasının Zentsuci şəhərinin Fudeoka rayonunun fermerləri onların soyuducuya rahat yerləşməsi üçün istehsal ediblər. Sonradan Yaponiyanın qərbində yerləşən Kanaqava prefekturasını fermerləri dördbucaq qarpızların ölkə bazarlarına göndərilməsinə başlayıblar. XXI əsrdən etibarən məşhurluq qazanan qarpızların Amerika Birləşmiş Ştatlarında da istehsal olunmasına başlanılıb.
Qarpızların bu formada yetişdirilməsi üçün xüsusi hazırlanmış istixanalardan istifadə olunur. Kvadrat qutuların içərisində yetişidirlən qarpızlara daimi nəzarət və qulluq tələb olunur. 2001-ci ilin məlumatlarına görə bu tip qarpızlar ədədi 83 ABŞ dollarına bərabər olduğundan əsasən zəngin və dəbdəbəli istehlakçılara xitab etmək üçün hazırlanmışdır.[2][3][4]
Görünüşü səbəbindən diqqəti cəlb edən kvadrat qarpızların yetişdirilməsi bir zamanlar zərurət səbəbindən meydana çıxsa da, bu gün qiyməti baxımından məhdud şəkildə həyata keçirilir. Düzgün formanı qoruması üçün tam yetişməməşidən əvvəl becərilməsi tələb olunduğundan bu tip qarpızlar şəxsi təsərrüfatlarda istehsal oluna bilinmir.[5]
Meyvə və tərəvəzlərə müxtəlif formaların verilərək yetişdirilməsi ənənəsi daha əvvəllərdə mövcud olmuşdur. Almaniyada ürək və piramida formalı qarpızların yetişdirildiyi məlumdur.[6][7]