Rintaro Okabe (岡部 倫太郎, Okabe Rintaro?) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Okabe Kurisu Makise ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir. O, özünü çılğın alim hesab edir və tez-tez Kyoma Hooin təxəllüsündən istifadə edir. Şiina Mayuri onu Okarin deyə çağırır.
Rintaro Okabe | |
---|---|
Orijinal oyundan görünüşü. | |
Franşiz(lər) | "Science Adventure" |
Yayın tarixi | "Steins;Gate" (2009) |
Yaradan | 5pb. və Nitroplus |
Səsləndirən | yaponca: Mamoru Miyano ingiliscə: Maykl Tatum |
Profil | |
Ləqəb(lər)i | Çılğın alim Hooin Kyoma Okarin |
Komandaları | Gələcəyin Alətləri Laboratoriyası |
Lab. nömrəsi | 001 |
Okabe Akihabaradakı evində Gələcəyin Alətləri Laboratoriyasını qurmuşdur. O, özünü çılğın alim hesab edir və 001 nömrəli laboratoriya üzvü adlandırır. Bir gün təsadüfən etdiyi kəşfdən sonra zamanda səyahət təcrübələrinə başlayır və təcrübələrinə Kurisu da qatılır. Okabe təcrübələr zamanı öyrənir ki, dünya xətlərinin dəyişməsini müəyyən etmə qabiliyyətinə malikdir və bu qabiliyyəti "Ridinq Ştayner" adlandırır. Tokio Denki Universitetində təhsil alır, Mayuri və İtaru Haşida ən yaxın dostlarıdır. Oyunda və animedə Mamoru Miyano tərəfindən səsləndirilmişdir.
Çılğın alim şəxsiyyətinə və "Steins;Gate 0" oyunundakı qaranlıq təsvirinə görə Rintaro Okabe personajı tənqidçilər tərəfindən müsbət rəylər almışdır. O, 2011-ci ildə "İlin ən yaxşı kişi anime personajı" nominasiyası üzrə Newtype Anime Mükafatının qalibi olmuşdur.
Bu məqalə yarımçıqdır. Onu genişləndirməyə kömək edə bilərsiniz. |