Science Adventure Live 2012 tədbirindən poster. Posterdə franşizin ilk 3 oyununun əsas personajları əks olunub (soldan sağa): Rimi ("Chaos;Head"), Kurisu ("Steins;Gate") və Akiho ("Robotics;Notes").
Chaos;Head (カオスヘッド,Kaosu Heddo?, azərb. Xaos;zirvəsi) franşizin ilk oyunudur, 2008-ci ilin aprelində Microsoft Windows üçün buraxılmışdır. "Sayıqlama elmi macəra" (妄想科学ADV,Mōsō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2009-cu ildə baş verir. Takumi Nişico adlı hikikomorinin bir neçə qətlin arasında qalmasından bəhs edir.
Chaos;Head - Sumiheyin rəssamlığı 2008-ci ilin mayından 2009-cu ilin mayına kimi ASCII Media Works nəşriyyatının "Dengeki Daioh" jurnalında nəşr olunmuşdur.
Chaos;Head: Blue Complex - Naqako Sakakinin rəssamlığı ilə 2008-ci ilin avqustundan Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalında nəşr olunur.
Chaos;Head H - Takehito Mizukinin rəssamlığı 2008-ci ilin sentyabrından Jive nəşriyyatının "Comic Rush" jurnalında nəşr olunur.
Madhouse tərəfindən istehsal olunmuş və 2008-ci ilin oktyabrından dekabrına qədər yayımlanmış anime serialı adaptasiyasıdır. Şimali AmerikadaFunimation tərəfindən lisenziyalaşdırılmışdır.
Steins;Gate (シュタインズ・ゲート,Shutainzu Gēto?, azərb. Şteyns;darvazası) franşizin ikinci oyundur. 2009-cu ilin oktyabrında Xbox 360 üçün buraxılmışdır. "Hipotetik elmi macəra" (想定科学ADV,Sōtei Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2010-cu ildə baş verir. Özünü çılğın elm adamı adlandıran Okabe Rintaronun mikrodalğalı soba və telefon vasitəsilə keçmişə mesajlar göndərməsindən bəhs edir.
Steins;Gate - Saraçi Yominin rəssamlığı ilə 2009-cu ilin sentyabrından Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalında nəşr olunur.
Steins;Gate: Bōkan no Rebellion - Kenci Mizutanın yazıçılığı və rəssamlığı ilə 2010-cu ilin fevralında Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunur.
Steins;Gate: Onshuu no Brownian Motion - Takeşi Mizoquçinin yazıçılığı və rəssamlığı ilə 2010-cu ilin iyulundan Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında nəşr olunur.
Steins;Gate: Shijō Saikyō no Slight Fever - Yuzuhana Moritanın yazıçılığı və rəssamlığı ilə 2011-ci ilin fevralından Kadokawa Shoten nəşriyyatının "Comptiq" və "Monthly Shōnen Ace" jurnallarında nəşr olunur.
Steins;Gate: Aishin Meizu no Babel - Şiniçiro Nariyenin yazıçılığı və rəssamlığı ilə 2012-ci ilin mayından Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında nəşr olunur.
Steins;Gate: Fuka Ryōiki no Déjà vu - Reki Kuqayamanın rəssamlığı ilə 2013-cü ilin mayından noyabrına qədər Kadokawa Shoten nəşriyyatının Shōnen Ace jurnalında nəşr olunmuşdur.
Steins;Gate: Mugen Enten no Arc Light - 2014-cü ilin aprelindən sentyabrına qədər "Ultra Jump" jurnalında nəşr olunmuşdur.[2][3]
White Fox tərəfindən istehsal olunmuş anime adaptasiyası 2011-ci ilin aprelindən sentyabrına qədər yayımlanmış, 2012-ci ilin fevralında OVA seriyası buraxılmışdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır. "Steins;Gate: Fuka Ryōiki no Déjà vu" adlı anime filmi 20 aprel2013-cü ildə ekranlaşdırılmışdır. 2014-cü ilin oktyabrında IBM-in əməkdaşlığı ilə "Steins;Gate: Sōmei Eichi no Cognitive Computing" adlı ONA seriyası yayımlanmışdır.[4]"Steins;Gate 0" əsasında anime serialının çəkiləcəyi açıqlanmışdır.[5]
Robotics;Notes (ロボティクス・ノーツ,Robotikusu Nōtsu?, azərb. Robototexnika;qeydləri) franşizin 3-cü oyunudur. 2012-ci ilin iyununda Xbox 360 və PlayStation 3 platformaları üçün buraxılmışdır. "Artırılmış elmi macəra" (拡張科学ADV,Kakuchō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2019-cu ildə baş verir. Kayto Yaşio və uşaqlıq dostu Akiho Senomiyanın robototexnika klubunun arzusunu gerçəkləşdirib nəhəng robot düzəltmək arzusundan bəhs edir.
Robotics;Notes - Keyci Asakavanın rəssamlığı ilə 2012-ci ilin martından "Monthly Comic Blade" jurnalında nəşr olunur.
Robotics;Notes Phantom Snow - Qonun rəssamlığı ilə 2012-ci ilin iyulundan "Famitsu Comic Clear" jurnalında nəşr olunur.
Robotics;Notes Revival Legacy - Tatsuya Şihiranın rəssamlığı ilə 2012-ci ilin sentyabrından "Ultra Jump" jurnalında nəşr olunur.
Robotics;Notes Dream Seeker - Tsuzuri Yunonun rəssamlığı ilə 2012-ci ilin oktyabrından Square Enix nəşriyyatının "Monthly Shōnen Gangan" jurnalında nəşr olunur.
Robotics;Notes Side Junna: Chiisana Natsu no Monogatari - NB-nin rəssamlığı ilə 2012-ci ilin noyabrından "Shōnen Ace" jurnalında nəşr olunur.
Robotics;Notes Pleiades Ambition - Tokumo Soranın rəssamlığı ilə 2012-ci ilin noyabrından "Monthly Comic Alive" jurnalında nəşr olunur.
Production I.G tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 2012-ci ilin oktyabrından 2013-cü ilin martına kimi Fuji TV kanalının NoitaminA blokunda yayımlanmışdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır.
Chaos;Child (カオスチャイルド,Kaosu Chairudo?, azərb. Xaos;uşağı) franşizin 4-cü oyunudur. Hadisələr 2015-ci ildə baş verir.[6]"Sayıqlama elmi macəra" (妄想科学ADV,Mōsō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. 18 dekabr2014-cü ildə Xbox One üçün buraxılmışdır. 25 iyun 2015-ci ildə PlayStation 3, PlayStation 4, və PlayStation Vita platformaları üçün,[7] 2016-cı ilin aprelində PC üçün buraxılmışdır.[8] Anime adaptasiyası anons edilmişdir.[9]
"Steins;Gate" personajları Kurisu Makise və Mayuri Şiina Nendoroid-ə əsaslanan "Nendoroid Generation" oyununda peyda olmuşdurlar. Oyun Banpresto tərəfindən 23 fevral 2012-ci ildə PlayStation Portable platforması üçün ildə buraxılmışdır.[11] Kurisu və "Chaos;Head" personajı Rimi Sakihata 2 iyun2011-ci ildə Xbox 230 üçün buraxılmış "Phantom Breaker" oyununda oynanıla bilən personajlardır.