Lüksemburq bağı (Fransızca: jardin du Luxembourg) — Parisin 6-cı bölgəsindəki müxtəlif üslublu bağlar toplusudur.
1612-ci ildə Médici ailəsinin üzvü olan Marie de Médicinin hakimiyyəti dövründə salınan bağ, Paris tələbələriin, gəzintiyə çıxanların üstünlük veridikləri məkanlardandır.
1611-ci ildə Marie de Medici doğma Florensiyadakı Pitti Sarayının oxşarını tikdirmək qərarı verdi. Bu gün kiçik Lüksemburq Sarayı olaraq bilinən Lüksemburq Otelinin binasını aldı və yeni sarayın tikintisinə başlandı. Salomon de Brosseyə sarayın və bu günə qədər qalmış olan fəvvarənin tikintisini tapşırdı. 1612-ci ildə 2000 ədəd ağac əkməkdən əlavə bir çox insanı, xüsusən Tomasso Francini, uşaqlıq Florensiyasının üslubunda bir bağ qurmağı tapşırdı[1].
Orijinal bağ 8 hektar idi, lakin 1630-cu ildə Marie de Medici ətraf əraziləri də alaraq ərazini 30 hektara çatdırdı. Böyüdülmüş ərazinin idarəsi yeni fransız bağçılıq mədəniyyətinin əsasını qoyanlardan biri olan Jak Boyceoya verildi. Bağçanın dairəvi mərkəzində fəvvarə olan səkkizbucaqlı bir hovuz da inşa edildi. Növbəti monarxlar bağçaya məhəl qoymadılar. 1780-ci ildə, XVIII Louis bağın şərq tərəfini satdı. 1865-ci ildə Parisdə aparılan yenidənqurma işləri zamanı bağ ərazisinin daha 15 hektarı ləğv edildi. Bundan əlavə, yeni bulvarların salınması Medici fəvvarəsinin yerini də dəyişdirdi və yenidən tikilməsinə səbəb oldu.
XIX əsrin sonlarında bağda bir teatr, musiqi guşəsi, istixanalar, arıçılıq, heykəltaraşlıq və müasir sənətə sahib bir konservatoriya, gül bağı və yetmişə yaxın heykəl var idi.