Lüsyen Buva

Lüsyen Buva (fr. Lucien Bouvat; 2 iyul 1872[2][3]1942[2], Paris) — fransız şərqşünası.[4][5]

Lüsyen Buva
fr. Lucien Bouvat
Doğum tarixi 2 iyul 1872(1872-07-02)[2][3]
Vəfat tarixi 1942[2]
Vəfat yeri
Elm sahələri şərqşünaslıq[1], kitabxanaşünaslıq[1], İslamşünaslıq[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq Asiya Cəmiyyətinin üzvü (1889). M.F. AxundzadəninAldanmış kəvakib” povestini, “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyalarını fransız dilinə çevirmiş, “Jurnal Aziatik”də dərc etdirmişdir. 1899-cu ildə bir müddət Parisdə yaşamış, Məhəmməd ağa Şahtaxtlı ilə tanış olmuş, sonralar M. Şahtaxtlı və onun redaktorluğu ilə nəşr edilən “Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq etmişdir. Buvanın “Jurnal Aziatik”də Azərbaycan ədəbiyyatına və mətbuatına dair bir sıra məqalələri dərc olunmuşdur (“Azəri türklərində bir siyasi-ictimai qəzet” və s.). 1922-ci ildə Parisdə çap edilmiş Y.V. Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər” əsərini də fransız dilinə tərcümə etmişdir.[4]

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  • Mirza Feth-Ali Achonzade: Monsieur Jourdan, le botaniste parisien, dans le Karabâgh, et le derviche Mèst Alî Châh, célèbre magicien. Comédie en 4 actes. Éditions Leroux, Paris 1906.
  • Mirza Feth-Ali Achonzade: L’aventure de l’homme avare. Comedie en 5 actes (Deux comedies turques). Imprimerie Nationale, Paris 1904.
  • Mirza Feth-Ali Achonzade: Histoire de Yoûsouf Châh. nouvelle historique. Paris 1903
  1. 1 2 3 4 5 6 Bouvat, Lucien // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Lucien Bouvat // AlKindi.
  3. 1 2 Fransa milli kitabxanası. 1537.
  4. 1 2 Buva// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 134.
  5. "Lucien Bouvat". AGORHA. 2022-10-10. 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-26.