Lütf Kapellası

Lütf Kapellası (alm. Gnadenkapelle‎) Bavariyada Müqəddəs Məryəmə həsr olunmuş milli ziyarətgahdır.[1]

katolisizm
Lütf Kapellası
Gnadenkapelle
Din
Həsr olunub Müqəddəs Məryəm
Növü Ziyarətgah
Yerləşməsi
Ölkə Almaniya Almaniya
Əyalət Bavariya
Qəsəbə Altötting
Lütf Kapellası xəritədə
Lütf Kapellası
Lütf Kapellası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məryəmin şəklinin yerləşdiyi səkkizguşəli ibadətgah təxminən 660-cı illərə aiddir və Almaniyadakı ən qədim Məryəmə həsr edilmiş ziyarətgahdır. Məryəmin siması cökə ağacından oyulmuş antik dövrə aid Qara Madonnadır (ehtimal ki, təxminən 1330). Ziyarətgah 1489-cu ildə boğulan gənc bir oğlan uşağının anası cəsədini heykəlin qarşısına qoyub Məryəmdən möcüzə üçün dua etdikdən sonra möcüzəvi şəkildə sağalması ilə məşhurlaşıb.

Əsrlər boyu ziyarətgaha verilmiş adaqların çoxu kilsəni əhatə edən eyvanda nümayiş etdirilir. Burada müxtəlif alman zadəganlarının, həmçinin Bavariya kralı III Lüdviqin ürəkləri kiçik gümüş qablarda saxlanılır.[2]

Kapella əsrlər boyu Kapuçin keşişləri tərəfindən xidmət edilmişdir. Ordenin bir üzvü, Parcamlı Konrad (1818-1894) 40 ildən çox orada xidmət etmişdir. Xidmət etdiyi müddətdə o, müqəddəslik və möcüzəvi şəfaları üçün şöhrət qazanlb və Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilib

Kapella 1980-ci ilin noyabrında Papa II İohann Pavel tərəfindən ziyarət edilib. Onu yaxınlıqdakı şəhərdə anadan olmuş kardinal Jozef Ratzinger müşayiət edirdi. 11 sentyabr 2006-cı ildə yenicə Papa XVI Benedikt seçilən Ratzinger ziyarətgaha qayıtdı və Münhen arxiyepiskopu olarkən taxdığı yepiskop üzüyünü bağışladı.[3] Üzük indi Müqəddəs Məryəmin əlində olan əsanın bir hissəsidir.

  1. "Saint:SQPN "Our Lady of Altötting". 2014-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07.
  2. "CatholicVirtualMall.com "Our Lady of Altotting". 2013-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07.
  3. "Benoît XVI au sanctuaire d'Altötting". La Croix (fransız). 2006-09-11. ISSN 0242-6056. 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-14.