Əzablı yollar (film, 1982)

Əzablı yollar ("Məlikməmməd") — kinorejissor Tofiq İsmayılovun filmi.[1]

Əzablı yollar
Janr döyüş
macəra
musiqili
fantastika
məhəbbət
uşaq
Rejissor Tofiq İsmayılov
Ssenari müəllifi Oqtay Məmmədov
Baş rollarda Ötkəm İsgəndərov — Məlikməmməd
Elşad Qazıyev — Şahməmməd
Viktor Dəmirtaş — Xanməmməd
Sonaxanım Əliyeva — Pərizad
Həmidə Ömərova — Nurzad
Leyla Manafova — Gülşad
Həsən Məmmədov — Padşah
Operatorlar Şərif Şərifov
Vladimir Sapojnikov
Bəstəkar Tofiq Quliyev
Rəssamlar Elbəy Rzaquliyev
Rafiq Nəsirov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 18 mart 1982
Filmin digər adları Məlikməmməd
Məlikməmmədin nağılı
Filmin növü tammetrajlı bədii film
Müddət 73 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1982
Texniki məlumatlar 8 hissə
2102 metr
genişekranlı
35 mm
"Svema" kinolenti(Şostka kimya kombinatı)
"Tasma" kinolenti(Kazan kimya kombinatı)
Rəng rəngli
IMDb ID1620430

Kinolentin əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır.

Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah (Həsən Məmmədov) oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd (Elşad Qazıyev) əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd (Viktor Dəmirtaş) acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd (Ötkəm İsgəndərov) isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar.

  • Film "Məlikməmmədin nağılı" adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir.
  • Film Amerika kinoprodüserlərinin seçib 1989-cu ildə ABŞ-də nümayiş etdirdikləri 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilmişdi.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Oqtay Məmmədov
Quruluşçu rejissor: Tofiq İsmayılov
Quruluşçu operator: Şərif Şərifov, Vladimir Sapojnikov
Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: Vladimir Savin
Rejissor: H. Səlimov, Yefim Abramov
Operator: Nemət Rzayev
Montaj edən: Tahirə Babayeva
Montaj üzrə assistent: Esmira İsmayılova
Geyim rəssamı: Tatyana Əmirova
Qrim rəssamı: V. Şikin
Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev, Gennadi Tişşenko
Quraşdırılmış səhnələrin operatoru: A. Ertel
Redaktor: Nadejda İsmayılova, F. Aşurov
Rəqslərin quruluşu: Əminə Dilbazi
Mahnıların mətni: Ramiz Rövşən
Çalır: Azərbaycan Dövlət Mahnı Teatrının Musiqi Ansamblı
Dirijor: Rafiq Babayev
????: Ə.Əliyev
????: V. Nəbiyev
????: Arif Səfərov
????: R. Lev
????: N. Daşdəmirov
????: T. Əlizadə
????: A. Əliyev
Çəkilişə kömək etmişdir: S. Quliyev
Filmin direktoru: Gennadi Lapşuk
Mahnı ifa edən: Mirzə Babayev, Flora Kərimova, Akif İslamzadə, Eldar Axundov, Lütfiyar İmanov, Yaşar Nuri, Səyavuş Aslan
Ötkəm İsgəndərov — Məlikməmməd
Elşad Qazıyev — Şahməmməd
Viktor Dəmirtaş — Xanməmməd
Sonaxanım Əliyeva — Pərizad
Həmidə Ömərova — Nurzad
Leyla Manafova- Gülşad
Həsən Məmmədov — padşah
Məmmədrza Şeyxzamanov — nağılçı
Həşim Qadoyev — qarayel
Rafiq Kərimov — kosa
Eldəniz Zeynalov — böyük div
Səyavuş Aslan — ortancıl div
Yaşar Nuri — kiçik div
Ə. Əliyev
Ömür Nağıyev
Mayak Kərimov
R. İsrafilov
Vəliəhd Vəliyev
L. Bobrikov
N. Aslanova
K. Vəliyeva
V. Nəbiyev
N. Kərimova

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Səməndər Rzayev — hökmdar (Həsən Məmmədov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — qarayel (Haşım Qadoyev) (titrlərdə yoxdur)
Hamlet Xanızadə — kosa (Rafiq Kərimov) (titrlərdə yoxdur)
Rasim Balayev — Məlikməmməd (Ötkəm İsgəndərov) (titrlərdə yoxdur)
Pərviz Bağırov — Xanməmməd (Viktor Dəmirtaş) (titrlərdə yoxdur)
Əliabbas Qədirov — Şahməmməd (Elşad Qazıyev) (titrlərdə yoxdur)
  1. “Əzablı yollar” (“Məlikməmməd”) film-nağılı Rusiyada bərpa edilib: [kinorejissor Tofiq İsmayılovun eyni adlı filmi] //525-ci qəzet. — 2011.- 16 noyabr.- S. 7.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]