I Ləşkəri ibn Maymun (d. bilirmir, Dərbənd, Dərbənd əmirliyi – ö. sentyabr 1002, Dərbənd, Dərbənd əmirliyi) — Dərbənd Haşimiləri sülaləsindən olan VIII müstəqil Dərbənd əmiri. Sıra sayına görə isə onuncudur.[1]
I Ləşkəri ibn Maymun | |
---|---|
mart 998 – 1002 | |
Əvvəlki | Məhəmməd ibn Əhməd |
Sonrakı | Mənsur ibn Maymun |
Şəxsi məlumatlar | |
Doğum yeri | Dərbənd, Dərbənd əmirliyi |
Vəfat tarixi | |
Vəfat yeri | Dərbənd, Dərbənd əmirliyi |
Milliyyəti | ərəb |
Atası | Maymun ibn Əhməd |
Əmisinin öldürülməsindən 4 ay sonra əmir olmuşdu. 999-cu ildə Zirkiyyə mülkünü ələ keçirmək üçün Şirvanşah Yezid ibn Əhməd ilə vuruşdu və Şəbərana yürüş etdi. Lakin Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. Dərbənd qoşunu ağır məğlubiyyətə uğradı, döyüşdə Ləşkərinin qardaşı Əbu Nəsr ibn Maymun əsir alındı. Şirvanşah onu həbsxanaya saldırdı, barışıq bağlandıqdan sonra o, girov saxlandı. Ləşkəri 1002-ci ildə öldü.