I Mənsur | |
---|---|
1003 – 1034 | |
Əvvəlki | Ləşkəri ibn Maymun |
Sonrakı | Əbdülmalik ibn Mənsur |
Şəxsi məlumatlar | |
Doğum yeri | Dərbənd |
Vəfat tarixi | |
Vəfat yeri | Dərbənd |
Milliyyəti | ərəb |
Atası | Maymun ibn Əhməd |
Həyat yoldaşı | Səriyə (Sərir hökmdarı Buxt Yişonun qızı) |
Uşağı | Əbdülmalik ibn Mənsur |
Dərbənd əhalisi Şirvanşah Yezid ibn Əhməddən özlərinə əmir seçmək istədikləri Əbu Nəsr ibn Maymunun azad olunmasını tələb etdilər. Lakin Yəzid qızını Əbu Nəsrə ərə vermək istəməsi bəhanəsilə bundan boyun qaçırdı və şərt qoydu ki, Əbu Nəsri o zaman buraxar ki, Dərbənd camaatı Dərbənd və Çul qalalarının tikilməsinə (daha doğrusu, bərpa olunmasına) razılıq versinlər. Dərbəndlilər bu təklifi rədd etdilər və Yəzid heç bir günahı olmayan Əbu Nəsri edam etdi. Əbu Nəsr Şabran qalasının həbsxanasında saxlanırdı və Şirvanşah onu həmin şəhərin qapıları qarşısında dəfn etdirdi. Dərbənd əhalisi Əbu Nəsrin qardaşı Mənsuru əmir seçdi.
1019-cu iləcən əmirliyi sülh içində keçdi lakin onu devirən rəislər bu dəfə Yezid ibn Əhməd beyət etdilər. Mənsur Sərirə qaçdı və 2 il sonra yenidən əmir oldu. 1025-ci ildə Mənsur Sərir hökmdarı Buxt Yişonun qızı Səriyə ilə evləndi. Tarix-i əl-Bab"da xəbər verilir ki, h.423 (1032)- ci ildə alanlar və sərirlilər ruslarla birlikdə Şirvana hücum edərək Yəzidiyyəni zorla ələ keçirdilər.[3] Mənbədə sonra göstərilir ki, onlar Şirvanı qarət edib, əsirlərlə birlikdə öz ölkələrinə qayıdarkən əl-Babın taxta (əl-xəşab) qapılarına çatdılar, lakin sərhəd vilayətlərinin əhalisi əmir Mənsurun başçılığı ilə onlara hücum etdi və çoxunu məhv edərək Şirvandan qarət etdikləri hər şeyi əllərindən aldı. Alanların cüzi bir hissəsi əmirləri ilə birlikdə xilas ola bildi. H.424 (1033)-cü ildə alanların dəstəsi əl-Bab sakinlərindən qisas almaq məqsədilə yenidən basqın etdi və bu dəfə də məğlubiyyətə uğradı. Sonrakı il əmir öldü.