Xalqın düşüncə və həyat tərzini əhatə edən mərasim folkloru ilkin janrlar, xalq mərasim və nəğmələri olaraq iki hissəyə bölünür. İraq-türkman folklorunda ilkin janr örnəkləri müxtəlif illərdə çap olunmuşdur [13], [14], [15], [16]. Aşağıdakı janrlar aiddir.
İnanclar - Azərbaycanda xalq arasında sınama, yozum, yozma, inanc, inam adları ilə tanınan bu janr İraq-türkman folklorunda inanc kimi tanınır[17], [18]. İraq-türkman folklorunda inanclar məişət və mərasimlərlə, təbiət hadisələri, bitki və heyvanat aləmi ilə, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlıdır[19],[20].
Yemindlər - Kərkük folklorunda bu qədim janr gah "and", gah "yemind", gah da "qəsəm" kimi tanınır[11]. Bir qisim andlar səma cisimləri ilə, digər qisim isə islam dini, bərəkət və xeyirlə bağlıdır[11].
Dualar - Duanın əsasında dayanan alqışda başlıca cəhət yaxşılıq və uğur diləməkdir[21]. Azərbaycan folklorunda olduğu kimi burada da "Qurbanın olum", "Başına dolanım", "Önündə ölüm", "Böyüyümsən, ağamsan" və eləcə də "Sənə fəda olum", "Ayağının altında ölüm,ağamsan" kimi ifadələrdən istifadə olunur[21].
Bəddualar - Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar:
1. Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar[11].
2.Mərasimlərlə bağlı yaranan bəddualar[11].
3. Məişətlə bağlı yaranan bəddualar[22], [23], [24].
Fallar - İraq-türkman folklorunda ən çox özünü göstərən inamlarla bağlı fala baxmadır[11]. Azərbaycanda fallar əsasən iki şəkildə olmuşdur. Bunlardan daha çox ibtidaisi "göz falı", buna nisbətən daha sonrakı dövrlərə aid olan isə "qulaq falı"dır[25]. Bu, İraq-türkman folklorunda da belədir. Göz falları içərisində lap qədim dövrlərlə, atəşpərəstliklə bağlı yarananları da vardır[11]. Məsələn, Kərkükdə "Baba Gur-Gur" adlı məşhur yer vardır. Buradan daimi olaraq alov çıxdığına görə müqəddəs hesab edilir və buraya niyyət tutmağa, murad diləməyə gəlirlər[11]. "Cümə daşı atmaq" qulaq falına ən yaxşı nümunə kimi səciyyəvidir[11]. Hər hansı bir qadın səfərə çıxmış bir yaxını barədə və ya bir xəstənin şəfa tapması barədə niyyət tutaraq cümə namazınınazanı oxunarkən bir yol başında yolun hər iki tərəfinə daş atır və namaza gedənlərin danışdığı sözlərdən asılı olaraq tutduğu niyyətin yaxşı və ya pis olacağı barədə nəticə çıxarırdı[11].
İraq-türkman folklorunda mərasim və nəğmələr üç yerə bölünür[11].
Mövsüm mərasim və nəğmələri - ayrı-ayrı təbiət hadisələrinə inam və etiqadlar öz əksini tapır[11]. Burada yağışın yağması, küləyin əsməsi, ümumiyyətlə, oda, suya, küləyə və s. inam və etiqadlarla əlaqədar yaranan mərasim və nəğmələr üstünlük təşkil edir[26], [27]. Kərkük dolaylarında bu nəğmələr arasında geniş yayılanı yağışla bağlı olanlardır[11]. Bir yağış arzusu ilə "Kosa gəldi", "Qodu" və eləcə də "Çəmçələ qız" mərasimlərinə hazırlıq görülər[28],[29].
Məişət mərasim və nəğmələri - İraq-türkmanfolklorunda məişət mərasim və nəğmələri xalqın məişət həyatında mühüm yer tutmuş, onlarda xalqa çoxəsrlik adət-ənənəsi, dünyabaxışı ifadə olunmuşdur[30]. İraq-türkman folklorunda da məişət mərasim və nəğmələri xalqın keçdiyi tarixi yolu, onun poetik təfəkkür tərzini aydınlaşdırmaqda böyük əhəmiyyət daşıyır[31]. Buraya yas və toy mərasim nəğmələri aiddir. Azərbaycandaağı,Türkiyədə ağıt adlanan yas mərasiminəKərkük dolaylarında sazlamaq deyirlər ki, bu da sızlamaq sözündən yaranmışdır[32], [33]. Əziz bir şəxs öləndə yas məclisinə peşəkar "yuğçu" - "yığçı"ların dəvət olunması, onların dedikləri ağıların təsiri altında göz yaşı töküb ağlamaq qədimdən qalma adətdir[34].
Toy mərasimi ilə əlaqədar nəğmələri aşağıdakılardır:
Toyun müxtəlif anlarında gəlinin tərifinə həsr olunmuş nəğmələr[11]
Müxtəlif mərasimlər zamanı, məsələn, hamama gedilən zaman və ya xınayaxdı keçirilərkən oxunan mahnılar [35]
Halay vaxtı iki qrup tərəfindən icra olunan mahnılar[11]
Toy ərəfəsində gəlinə müraciətlə oxunan nəsihətvarı nəğmələr[11].
İraq-türkman folklorunda geniş yayılmış xoyratlar dörd misradan ibarətdir[36]. Xoyrat və manilərcinaslı və adi qafiyəli olmaqla iki yerə bölünür[37]. Cinaslılar xoyrat, cinassızlar isə mani və ya maani adlanır[11]. Əta Tərzibaşının "könüllərdən fişqıran içli duyğuları min bir sədaqətlə əks etdirən parlaq güzgü" adlandırdığı xoyratlar da tam və naqis cinaslı olmaqla iki yerə bölünür[38]. Xoyratlarda 1,2,4-cü misralar həmqafiyə, 3-cü misra isə sərbəst olur[38]. Xoyratlardan fərqli olaraq manilərəmusiqi bəstələnir və onlar müəyyən döndərmələrlə - nəqəratla birlikdə xorla oxuna bilir[38].Xoyratlamanini fərqləndirən başlıca amillərdən biri də xoyratların həmişə cinaslı, manilərin isə adi qafiyəli olmasıdır[38]. Manilər arasında az da olsa cinaslılara rast gəlinir[39], [40].
Burada xalq mahnıları dedikdə xalq havaları nəzərdə tutulur[11]. İraq-türkman xalq havaları qırıq və ya qısa havalar və uzun havalar adı altında qruplaşdırılır[41]. Qısa havalar sırasına bəstə (xalq türküsü), tənzilə (dini türkü və şərqi), şərqi (marş və bənzəri), halay və oyun havalarını daxil etmişdir. Uzun havalar sırasına isə muğamlar, xoyrat havaları, divan-urfa, qəzəl,aşıq havaları, Kərəm havası, sazlamaq, laylalar daxil edilir[41]
Kərkük dolaylarında mahnılar döndərmə - yəni nəqəratla oxunur. Bu, mahnını daha da oynaq edir[42]. Kərkük dolaylarında da, Azərbaycanda da eyni olan bir çox mahnılar vardır[43]. "O yana döndər məni", "Yar bizə qonaq gələcək", "Pəri", "Ay qara xal yar", "Ay qız heyranın ollam", "Niyə gəlməz oldu", "Dam üstədir damımız" və s. bunlara aiddir.[44], [43]
Buraya layla və oxşamalar daxildir. Türkiyədə "ninni" kimi tanınan laylalar, İraq-türkmanfolklorunda «leyla» və «layla» kimi məlumdur[45]. Formaca xoyrat və manilərə oxşayan laylaların axırında "layla balam, layla" ilə bərabər "leyla balam, leyla", "leyla gözüm, leyla", "üllə balam, üllə", "üllə ruhum, üllə" kimi iki misralı döndərmələr (nəqəratlar) yer alır[46].Laylalarda ictimai məsələlərə toxunulur. Bu zaman qüvvətli kədər hissi layla ilə ağı arasında mövcud olan sərhəddi pozur[47]. Türkiyədə "sevmələr", Cənubi Azərbaycanda "nazlamalar" kimi tanınan bu şer parçaları Quzey Azərbaycanda da, Kərkük dolaylarında da "oxşamalar" adlanır[46]. Oxşamalar İraq-türkman folklorunda da iki və dörd misralı olmaqla iki yerə bölünür və arzu-dilək, əzizləmə, əyləndirmə, oxşama məqamlarında işlənirlər[11].
İraq-türkmannağıllarınağılın məzmunu ilə əlaqəsi olmayan pişrovla başlayır[54]. Pişrovdan sonra giriş-başlarığıc gəlir[55]. Kərkük dolaylarında gündüz nağıl söyləmək məsləhət görülmür[54]. Uşaqlara belə bir inam təlqin edilib ki, kim gündüz nağıl danışsa, nağıl bitəndə çoqu çıxar, yəni başında buynuz bitər[56]. Nağılların sonunda nağılçı öz adını Əli, Qədriyyə olaraq çəkir[57]. İraq-türkmannağıllarını aşağıdakılardır:
İraq-türkman folklorunda da «atalar sözü» və ya "əskilər sözü" adlanır[58]Kərkükatalar sözü və məsəllərinin bir çoxu iki hissədən ibarət olur[59]. İkinci hissə birinci hissədə verilmiş fikri daha da qüvvətləndirir, tamamlayır[59]. Azərbaycan folklorunda çox işlənən "Utananın oğlu olmaz", "Bu günün işini sabaha qoyma", "Ağıl yaşda deyil, başdadı", "Əski pambıq bez olmaz" və s. atalar sözləri Kərkük folklorunda "Utananın oğlu olmaz, olsa da xeyrin görməz", "Bu günün işini yarına (sabaha) qoyma, bəlkə yarın sənə yar olmadı","Ağıl yaşda deyil, başdadı. Amma ağlı başa gətirən yaşdı","Əski pambıq bez olmaz, əski düşmən düz olmaz" kimi işlənir[60]. Tarixi şəxsiyyətlərlə bağlı məsəllərə rast gəlmək olur. İraq-türkmanatalar sözü və məsəllərinin böyük bir qismi mal-dövlətlə bağlı yaranmışdır[59].
↑Əbdül Vahid Kuzəçioğlu. Kuzəçioğlunun xoyrat və bəstələri, İraq, Kərkük, 1966
↑ 12Kərkük mahnıları (Tərtib edəni Qəzənfər Paşayev), Bakı, Gənclik, 1973
↑ İbrahimov İdris. Atalar sözü və məsəllər. // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, Bakı, 1961
↑Məhəmməd Xurşid.Əski sözlər bağçası, Bağdad, 1989
↑ 12S. Saatçı. Kərkük çocuq folklora, İstanbul, 1984
↑Vəliyev V. Azər.Şif. xalqədəb.janr.-rı. Dok.dis.,B 1972
↑Azərbaycanı öyrənmə yolu» Məcm. sayı 4-5, B, 1930
↑Aşıq şerindən seçmələr (Tərtib edenlər Hüseyn Arif, Mürsəl Həkimov), Bakı, Gənclik, 1984
↑ 123 Гордлевский В.А. Из истории Османской пословицы и поговорки.// Избранные сочинения, т. II,
ИВЛХ, М., 1961
↑Sinan Səid Əbdülqadir. İraqda türk mətbuatı və ədəbi məsələlər. Nam. dis., Bakı, 1969
↑Tapmacalar (Toplayanı və tərtib edəni Vəli Xuluflu), Bakı, 1928
↑Əzizov E.İ. "Qırat" və "Dürat" sözlərinin etimologiyası.// Türk dillərinın leksik-morfoloji quraluşu, ADU-nun Elmi Əsəriərinin tematik məcmuəsi, Bakı, 1981
↑Rzazadə M. XVIII əsr Azərbaycan ədəbi dili tarixinə aid materiallar, Bakı, 1961
↑4 Русское народное поэтическое творчество. Изд-во "Выс-шая школа", М., 1969
↑Zeynallı Hənəfi. Seçilmiş əsərləri, B., Yazıçı, 1983
↑Molla Nəsrəddin lətifələri (Tərtib edəni M. Təhmasib),Azərbaycan SSR EA-nın nəşriyyatı, Bakı, 1965
↑ 1234Fərzəüyev Təhmasib. Azərbaycan xalq lətifələri, Bakı, Elm, 1971
↑ İslam Ensiklopediyası (Türkcə), VI cild, İstanbul, 1979
↑Hacıbəyov Üzeyir. Seçilmiş əsərləri, Bakı, Yazıçı, 1985