Ramiz Əlirza oğlu Babayev (8 mart 1940, Əmircan – 11 yanvar 1994, Bakı) — Azərbaycan kinooperatoru.
Ramiz Babayev | |
---|---|
Doğum tarixi | 8 mart 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 1994 (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | kinematoqraf |
Təhsili |
Ramiz Babayev 1940-cı il mart ayının 8-də Bakının Əmircan qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası Əlirza Yengixan oğlu Babayev (1894–1947) neft mədənlərində calışmış, anası Aliyə Məlikəhməd qızı Babayeva (1919–1994) isə evdar qadın olmuşdur. O 1947-ci ildə Əmircan qəsəbəsindəki 89 saylı orta məktəbdə oxumağa başlamışdır. 1957-ci ildə məktəbi bitirmiş və həmin il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator köməkçisi vəzifəsində işləməyə başlamışdır. 1959-cu ildə Odessa şəhərində Kinematoqrafiya məktəbinə daxil olmuş və həmin məktəbi 1962-ci ildə bitirdikdən sonra yenidən kinostudiyaya qayıtmışdır. Kinostudiyada işini davam etdirməklə yanaşı, 1963-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş və 1969-cu ildə həmin İnstitutu "Elektrik intiqalı və avtomatlaşdırılmış qurğular" ixtisası üzrə bitirmişdir. 1975-ci ildə ailə həyatı qurmuşdur. 2 qız övladı var. 1986-cı ildə SSRİ Kinematoqrafçılar İttifaqına üzv seçilmişdir. 1988-ci ildə "Əmək qəhrəmanı" ordeni ilə təltif olunmuşdur. 1990-cı ildə Əmircan qəsəbəsindən deputat secilmişdir. Ramiz Babayev eyni zamanda bir çox filmlərdə epizodik rollarda da çəkilmişdir. O, 1994-cü il yanvarın 11-də geniş əhatəli infarktdan vəfat etmişdir.