Lətif Hüseynov

Lətif Hüseynov(1.02.1964[1]) — Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi.[2][3][4]

Lətif Hüseynov
azərb. Lətif Hüseyn oğlu Hüseynov
Doğum tarixi 1 fevral 1964(1964-02-01) (60 yaş)
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi hüquq
Təhsili Kiyev Dövlət Universiteti

Lətif Hüseynov 1 fevral 1964-cü ildə Ağdam şəhərində anadan olub.[2] 1986-cı ilin iyun ayında Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir.[1] 14 oktyabr 1994-cü ildə Kiyevdə hüquq elmləri namizədi dərəcəsi, 29 sentyabr 2000-ci ildə isə hüquq elmləri doktoru dərəcəsi almaq üçün elmi işini müdafiə etmişdir.[1]

2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.[2][3] O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004–2015-ci illər arasında İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa komitəsinin üzvü[5], 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib.[2] 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində ad hoc hakim təyin olunmuşdur.[1] 2017-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsində tam səlahiyyətli hakim kimi vəzifəsinin icrasına başlamışdır.[3]

O, ingilis, fransız, rus, almanukrayna dillərində sərbəst danışır.

Elmi və pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Lətif Hüseynov 1990–1996-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mühazirəçi professor kimi fəaliyyət göstərmişdir. 1992–1995-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışmışdır.[1] 2002-ci ilin iyul ayından Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində beynəlxalq ümumi hüquq fənnini tədris etmişdir (yarımştat).[1]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Beynəlxalq hüquq. Dərslik, Bakı: "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2000.- 408 s.
  • İnsan hüquqlarının beynəlxalq müdafiəsi [Mətn]: ali məktəb tələbələri üçün dərs vəsaiti /L.H.Hüseynov; rəyçi Ə.İ.Əliyev, Ə.İ.Sadıqov; Azərb. Beynəlxalq Un-ti.- Bakı: ABU, 2008.- 151, [1] s.
  • The Concept of "Humanitarian Intervention" in the Light of Positive International Law//Beynəlxalq hüquq və İnteqrasiya Problemləri. Bakı, 2005, No. 1, səh. 3–10 (Rus dilində).
  • Methods of Implementation of International Supervision in the Field of Human Rights Protection //Theory and Practice of Contemporary International Law (Essays in honour of Prof. Levan Alexidze on the 80th birthday anniversary), Tbilisi, 2007, səh. 160–199 (Rus dilində).
  1. 1 2 3 4 5 6 "Mr. Latif HÜSEYNOV" (PDF). 2023-07-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-06.
  2. 1 2 3 4 "Lətif Hüseynov Avropa İnsan Haqları Məhkəməsinin hakimi seçilib". Oxu.az. 11 oktyabr 2016. 2016-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2018.
  3. 1 2 3 "Lətif Hüseynov Avropa Məhkəməsində vəzifəsinin icrasına başlayıb". femida.az. 10 fevral 2017. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2018.
  4. "Strengthening the implementation of European human rights standards. Conference on property rights in Azerbaijan". 2018-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  5. "Latif Huseynov, a member of the Council of Europe's Committee against Torture". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.