Laçın Dövlət Rəsm Qalereyası

Laçın Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 387 №li 17.10.1990-cı il tarixli əmrinə əsasən yaradılmışdır və qalereyanın 7 işçisi var. Laçın Dövlət Rəsm Qalereyası Bakı şəhəri, Nərmanov rayon Bakı şəhər 2 saylı Peşə məktəbinin binasında 50 km sahəsi olan bir otaqda fəaliyyət göstərir. Qalereyanın nəzdində 13 nəfərdən ibarət rəsm dərnəyi fəaliyyət göstərməkdədir. Laçın Dövlət Rəsm Qalereyasının fondunda 101 ədəd əsər var. Bunlardan 10 ədədi tətbiqi-incəsənət əsərləridir, 14 ədədi kətan üzərində yağlı boya ilə işlənmiş əsərlərdir və digərləri müxtəlif texnikalarla işlənmiş əsərlərdi. Bundan başqa, qalereyanın fondunda 4 ədəd stend və “Uşaq aləmi” adlı bölmədə isə istedadlı uşaqların kağız üzərində rəngli karandaşlarla və flamasterlə çəkilmiş şəkilləri yer alır.[1][2]

Laçın Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1990
Yarandığı yer Azərbaycan Laçın rayonu
Fəaliyyət göstərdiyi yer Bakı, Azərbaycan, Nərimanov rayonu, Qobu, Abşeron, AZ0117
Sədr Xaliq Dünyamalıyev
azgallery.az

Qalereyanın əsas fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Qalerayanın tarixi

[redaktə | mənbəni redaktə et]

Laçın Dövlət Rəsm Qalereyası da talan edilib, qalereyada saxlanılan 60-dan çox rəsm əsəri erməni vandalizminə məruz qalıb.[3][4]

Qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışı və formalaşdırılmasını həyata keçirir. Laçın Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10000-dən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Laçın Dövlət Rəsm Qalereyasında ermənilərin "laçın"ın işğal etmələrinin 27-ci ildönümü". www.youtube.com. İstifadə tarixi: 03.02.2021.
  1. "Laçın Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.02.2021.
  2. "Laçın haqda məlumatlar". qafqazinfo.az. 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.02.2021.
  3. "Böyük strateji əhəmiyyət kəsb edən Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri olan rayondur". www.azerbaijan-news.az. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.02.2021.
  4. "400 yaşlı ağacı, min ton civəsi olan Laçın..." news.milli.az. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.02.2021.
  5. "Qalereyada keçirilmiş sərgilər". www.anl.az. 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.03.2021.