Laçın Tarix və Diyarşünaslıq Muzeyi – Azərbaycan Respublikasının Laçın rayonunda 1974-ci ilidən 1992ci ilin may ayına qədər fəaliyyət göstərmiş, işğal olunmuş muzeylər siyahısına daxil olan yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri.
Laçın Tarix və Diyarşünaslıq Muzeyi | |
---|---|
Laçın Tarix və Diyarşünaslıq Muzeyi | |
Əsası qoyulub | 1974-cü il |
Yerləşir | Laçın şəhəri, Azərbaycan |
Kolleksiyası | 5000 ədəd |
Direktor | Solmaz Məhərrəmova[1] |
Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Bu biina Sovet Hakimiyyətinin ilk illərində Pedoqoji Texnikom üçün nəzərdə tutulsada sonralar burada şəhər VIII illik məktəb kimi də fəaliyyət göstərmişdir.
Müzeyin ümumi sahəsi 1200 kv/metr-dən çox idi. Müzey bir dəhlizdən, 24 otaqdan, 1 nümayiş salonundan və 72kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyalar açıq havada nümayiş etdirilirdi.
1983-cü ildən 1992-ci ilə qədər muzey tərəfindən geniş şəkildə ekspoziyalar təşkil olundu. Muzeyin əsas fondunda 5 mindən artıq eksponatlar toplandı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olmuşdur. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq Muzeylərə baxış müsabiqəsində qalib seçilmiş və direktoru ilə birgə xüsusi medalla təltif olunub. 1992-ci ildə Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmayıb.[2]
Laçın Muzeyi 1974-1992-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərirdi.
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-1994-cü illardə Azərbaycan ərazilərini işğal etdikdən sonra Laçın muzeyi tamamilə dağıdıldı, eksponatları talan edilərək Ermənistan Respublikasının İrəvan şəhərinə aparıldı. Muzeyin ərazisində arxeoloji qazıntılara start verildi.[3]
Muzey 1992-ci ildən Bakı şəhərində məskunlaşib və yenidən eksponatların toplanması işi aparır. Muzey rəhbərliyinin verdiyi məlumata görə, xalqımızın maddi mədəniyyətinə dair çox qiymətli əşyalar olub. Eyni zamanda bu eksponatlar bölgənin özünəməxsus xüsusiyyətlərini özündə əks etidirib. Muzeydə müharibə, əmək veteranları ilə görüşlər keçirilib. Hələ o dövrdə muzeyin fəaliyyəti geniş şəkildə işiqlandirilib. Laçın rayonu işgal olunduqdan sonra muzey ermənilər tərəfindən dağıdılıb və eksponatlar erməniləşdirilərək turistlərə nümayiş etdirlir. Mövcud vəziyyətlə bağlı muzey rəhbərliyinin bu faktla bağlı abidələrin qorunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq, bu günədək məsləyə aydınlıq gətirilməyib.[4]
Muzey haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |