Laçın hadisələri (erm. Բերձորյան միջադեպ, translit. Berdzoryan micadep) və ya Reyd-nəzarət (erm. Ռեյդային ստուգումներ, translit. Reydayin stuqumner) — 31 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Gorus–Xankəndi magistrial yolunda mitinq üçün İrəvan şəhərindən Xankəndi şəhərinə gedən mülki şəxslərə silahlı hücum hadisəsi. Qondarma Dağlıq Qarabağ Respublikası polisi "Rejimsiz 100-cü il" hərəkatının təxminən 150 üzvünə – Qarabağ müharibəsi veteranları Pavlik Manukyan və Jirayr Səfilyan, Dağlıq Qarabağ Müdafiə Ordusu ehtiyat polkovniki Varujan Avetisyan, ASALA terror təşkilatının üzvü Aleksandr Yenikomşiyan, bəstəkar Vardan Akopyan, onların ailə üzvləri, başqa Ermənistan vətəndaşları və erməni diasporunun nümayəndələrinə hücum edir.[1][2][3]