Lacerta bilineata

Qərbi yaşıl kərtənkələ (lat. Lacerta bilineata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü.

Qərbi yaşıl kərtənkələ
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bədənin uzunluğu 13 sm, ümumi uzunluğu isə 40 sm təşkil edir. Ümumi çəkisi 35 qramdır. Rəngi yaşıl və ya qəhvəyi ola bilər. Erkələrdə boğaz nahiyəsi göy rəngdə olur.

Qidasının əsasını onurğasızlar təşkil edir. Bunula belə meyvələr və çöl quşlarının yumurtaları ilə qidalanırlar.

Yumurta qoymaqla çoxalır. Çütləşmə dövrü mayın sonuna təsadüf edilir. Dişi 6-23 yumurta qoya bilir. Balalar yumurtadan avqust və ya sentyabrda çıxır. Dişilər 8 santmetr olarkən çütləşməyə hazır olurlar. Ümumi yaşayış müddəti 15 ildir[3].

Növ əsasən Avropada yayılmışdır. ABŞ-yə Kanzas ərazisinə aparılaraq orada yayılmışdır. Onlar əsasən 2160 metr yüksəklik ərazilərinə qədər yayılır. Meşəliklər, otluqlar və üzümlüklərinin kənarlarında yayıla bilir. Lokal olaraq bu növün tükənmə təhlükəsi vardır. Səbəb isə Maldarlığın inkişafı, otlaqları və meşələrin yandırılmasıdır.

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. "Reptiles & Amphibiens de France". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-07.
  • Günter Diesener & Josef Reichholf: Lurche und Kriechtiere. Steinbachs Naturführer. Mosaik-Verlag, München 1986, ISBN 3-570-01273-5.
  • Kerstin Elbing: Die Smaragdeidechsen – zwei (un)gleiche Schwestern. Zeitschrift für Feldherpetologie, Beiheft 3. Laurenti-Verlag, Bielefeld 2001, ISBN 3-933066-09-3.
  • Silke Rykena, Hans-Konrad Nettmann & Rainer Günther: Westliche Smaragdeidechse – Lacerta bilineata Daudin, 1802. In: Rainer Günther (Hrsg.): Die Amphibien und Reptilien Deutschlands. Gustav Fischer-Verlag, Jena 1996, ISBN 3-437-35016-1, S. 558–566.