Lamanon burnu

Lamanon burnuSaxalin adasının cənub sahillərində yerləşən burun. Burun 1787-ci ildə fransız Jan-Fransua Laperuz, bölgəyə təşkil olunan ilk Avropa ekspedisiyasının fiziki, botaniki və meteoroloqu Rober de Lamanonun şərəfinə adlandırmışdır.

Lamanon burnu
Ümumi məlumatlar
Sahəsi 0.609 km²
Yerləşməsi
48°46′35″ şm. e. 141°50′55″ ş. u.HGYO
Akvatoriya Şimal Buzlu okean
Ölkə  Rusiya
Lamanon burnu xəritədə
Lamanon burnu
Lamanon burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati baxımından Rusiya Federasiyasının Saxalin vilayəti ərazisinə daxildir. Uqleqorski rayonu ərazisində yerləşir [1].

Lamanon burnu İzılmetev buxtasında, İçara çayının mənsəbində yerləşir. Öz növbəsində daşdan ibarət olan terrasdır. Tatar boğazına daxil olur. Güçlü küləklərin təsirinə məruz qalır. Arkaya sahibdir və vulkanik suxurdan təşkil olunmuşdur. Burada kalsit, kvars, araqonit kimi suxurları müşahidə etmək mümkündür. Lamanon burnundan bir qədər cənubda adsız şəlalə yerləşir. Sahilləri sıldırımlıdır. Burundan şərqdəki ərazilər sıx meşələrlə örtülüdür. Burnun yerləşdiyi regionda ən hündür zirvə Orlov və İçar dağlarıdır. Orlov dağının hündürlüyü 867 metr, İçar dağının hündürlüyü isə 1022 metrdir. Burundan bir qədər şimalda Orlovo və Olşanka yaşayış məntəqələri yerləşir.

Burunun hər iki sahilinə yaxın ada, dayazlıq və su altı daşları müşahidə etmək mümkündür.

Burnun ən görməli yerlərindən biridə mayakdır. Mayak 1924-cü ildə yaponlar tərəfindən inşa edilmişdir[2] (digər məlumata görə 1940-cı ildə[3]). Bu zaman Saxalina dasının cənubu Yaponiya imperiyasının Karafuto prefekturasına daxil idi. Mayakın hündürlüyü 23,6 metrdir. Dəniz səviyyəsindən hündürlüyü 40 metrdir.[4]. Bu mayakın bənzəri Slepikovski burnuda inşa edilmişdir. Saxalin adasında yaponlar tərəfindən inşa edilən digər mayaklar kimi yardımçı və yaşayış tikililəri ilə dəhlizlərlə birləşir. Onlar bir qayda olaraq dairəvi qüllədən ibarət olurlar. Mayakda yağış sularını texniki və içmək məqsədli istifadə edilməsi üçün toplayan xüsusi sistem mövcud idi. Damdan yığılan su filterdən keçərək mayakın zirzəmisində olan daşdan inşa edilmiş anbara yığılırdı [5].

Mayak 3-4 ailəyə xidmət edir. Onlar buranın sakinləridirlər. Öz növbəsində bir yaşayış məntəqəsidir. Mayak Uqleqorski rayonunda, Tatar boğazının sahilində yerləşir. Ondan ənubda isə ancaq Tomarin şəhər dairəsinə daxil olan Krasnoqorsk yerləşir.

Lamanon burnundan bir qədər aralıda 6 yanvar 2011-ci ildə saat 22.54 balıqçı "TK Panter" şxunundan sos siqnalı verilmişdir. Gəmi bir müddət sonra suyun dibinə çökmüşdür. Lamanon burnu və onda olan mayakın təsvirini Analotiy Serqeeviç Tkaçenko «Ramanon burnu» əsərində vermişdir[6]

  1. "Углегорский район на сайте губернатора и правительства Сахалинской области". 2013-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  2. "Мыс Стукамбис. Информационное агентство «Сахалин - Курилы»". 2011-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  3. "Маяки Сахалина. Информационный портал «Сахалин и Курилы»". 2018-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  4. "Мыс Ламанон. Путеводитель по России «АкуАку»". 2013-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  5. "Мыс Слепиковского на «Туристическом портале Сахалинской области»". 2013-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  6. "Анатолий Ткаченко. «Мыс Раманон»". 2013-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.