Lankaster (ing. Lancaster) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər. Şəhər 2013-cü ildə Kaliforniyanın ən böyük 31-ci şəhəri seçilmişdir. Lankaster, Los-Ancelesin 112.5 km (70 mil) şimalında yerləşir. 2015-ci ildə Lankaster şəhərinin əhalisi 168,049 nəfər idi.[4]
Şəhər | |
Lankaster | |
---|---|
ing. Lancaster | |
34°41′13″ şm. e. 118°09′15″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Ştat | [[ Kaliforniya]] |
Qraflıq | [[ Los-Anceles Dairəsi]] |
Mer | Reks Peris[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 22 noyabr, 1977[2] |
Sahəsi |
• Ümumi: 244.91 km² • Quru: 244.23 km² • Su: 0.68 |
Mərkəzin hündürlüyü | 719 m |
Saat qurşağı | UTC−8 , yayda UTC−7 |
Əhalisi | |
Əhalisi | 156,633[3] nəfər (2010) |
Sıxlığı | 655.55 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 661 |
Poçt indeksi | 93534–93536, 93539, 93584 |
Digər | |
cityoflancasterca.org (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin ümumi sahəsi 245 km²-dir. Bunun 244 km²-i (94.5 mi²) qurudan və 0,78 km²-i (94.3 mi²) (0,29%) isə sudan ibarətdir. Lankaster dəniz səviyyəsindən 720 metr (2,350 fit) yüksəklikdə yerləşir. Şəhər toxunulmamış dağ silsilələri ilə əhatə olunmuş bir düzənlikdə yerləşir.
2010-cu ildə keçirilmiş ABŞ əhali siyahıyaalmasına əsasən,[5] Lankaster şəhərinin əhalisi 156,633 nəfərdir. Əhalinin sıxlığı 639.6/km² (1,656.7 mi²) idi. Şəhərin irqi tərkibi 49.6%-i (77,734) ağlardan (34.2% qeyri-ispandilli ağ),[6] 20.5% (32,083) afroamerikalılardan, 1.0%-i (1,519) hindilərdən, 4.3%-i (6,810) asiyalılardan (2.2% filippin, 0.4% çinli, 0.4% hind, 0.3% vyetnamlı, 0.3% koreyalı, 0.2% yapon), 0.2%-i (362) pasifik-adalılardan, 19.0%-i (29,728) digər irqlərdən, 5.4%-i (8,397) isə, qarışıq insanlardan ibarətdir. Şəhərdə 59,596 (38.0%) ispandilli və ya latino yaşayır.
2010-cu ildə keçirilmiş ABŞ əhali siyahıyaalmasına əsasən, 148,374 nəfər (Əhalinin 94.7%-i) ev təsərrüfatında, 1,484 nəfər (0.9%) qeyri-təşkilatı mənzillərdə, 6,775 nəfər (4.3%) isə, təşkilati mənzillərdə yaşayırdı.
İkinci dərəcəli beysbol klubu olan Lankaster Cet-Hauksun mərkəzi Lankaster şəhərindədir. 2012-ci ildə Cet-Hauks ilk dəfə Kaliforniya Liqa Çempionatının qalibi olmuşdur.
Los-Anceles Slem (ing. The Los Angeles Slam) 2008-ci ildə qurulan və Amerika Basketbol Assosiasiyasının üzvü olan basketbol klubudur. Klub 2011-ci ildə Lankasterə köçürülmüşdür.
Teheçapi | Rozamond | Edwards Air Force Base | ||
Antilop Eykrs | Leyk Los-Anceles | |||
| ||||
Kuarts-Hill | Palmdeyl | Litlrok |