Lankaster (Kaliforniya)

Lankaster (ing. Lancaster) —  Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər. Şəhər 2013-cü ildə Kaliforniyanın ən böyük 31-ci şəhəri seçilmişdir. Lankaster, Los-Ancelesin 112.5 km (70 mil) şimalında yerləşir. 2015-ci ildə Lankaster şəhərinin əhalisi 168,049 nəfər idi.[4]

Şəhər
Lankaster
ing. Lancaster
Bayraq
Bayraq
34°41′13″ şm. e. 118°09′15″ q. u.
Ölkə  ABŞ
Ştat [[ Kaliforniya]]
Qraflıq [[ Los-Anceles Dairəsi]]
Mer Reks Peris[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 22 noyabr, 1977[2]
Sahəsi • Ümumi: 244.91 km²
• Quru: 244.23 km²
• Su: 0.68 
Mərkəzin hündürlüyü 719 m
Saat qurşağı UTC−8 , yayda UTC−7
Əhalisi
Əhalisi 156,633[3] nəfər (2010)
Sıxlığı 655.55 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 661
Poçt indeksi 93534–93536, 93539, 93584
Digər
cityoflancasterca.org  (ing.)
Xəritəni göstər/gizlə
Lankaster xəritədə
Lankaster
Lankaster
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin ümumi sahəsi 245 km²-dir. Bunun 244 km²-i (94.5 mi²) qurudan və 0,78 km²-i (94.3 mi²) (0,29%) isə sudan ibarətdir. Lankaster dəniz səviyyəsindən 720 metr (2,350 fit) yüksəklikdə yerləşir. Şəhər toxunulmamış dağ silsilələri ilə əhatə olunmuş bir düzənlikdə yerləşir.

2010-cu ildə keçirilmiş ABŞ əhali siyahıyaalmasına əsasən,[5] Lankaster şəhərinin əhalisi 156,633 nəfərdir. Əhalinin sıxlığı 639.6/km² (1,656.7 mi²) idi. Şəhərin irqi tərkibi 49.6%-i (77,734) ağlardan (34.2% qeyri-ispandilli ağ),[6] 20.5% (32,083) afroamerikalılardan, 1.0%-i (1,519) hindilərdən, 4.3%-i (6,810) asiyalılardan (2.2% filippin, 0.4% çinli, 0.4% hind, 0.3% vyetnamlı, 0.3% koreyalı, 0.2% yapon), 0.2%-i (362) pasifik-adalılardan, 19.0%-i (29,728) digər irqlərdən, 5.4%-i (8,397) isə, qarışıq insanlardan ibarətdir. Şəhərdə 59,596 (38.0%) ispandilli və ya latino yaşayır.

2010-cu ildə keçirilmiş ABŞ əhali siyahıyaalmasına əsasən, 148,374 nəfər (Əhalinin 94.7%-i) ev təsərrüfatında, 1,484 nəfər (0.9%) qeyri-təşkilatı mənzillərdə, 6,775 nəfər (4.3%) isə, təşkilati mənzillərdə yaşayırdı.

İkinci dərəcəli beysbol klubu olan Lankaster Cet-Hauksun mərkəzi Lankaster şəhərindədir. 2012-ci ildə Cet-Hauks ilk dəfə Kaliforniya Liqa Çempionatının qalibi olmuşdur.

Los-Anceles Slem (ing. The Los Angeles Slam) 2008-ci ildə qurulan və Amerika Basketbol Assosiasiyasının üzvü olan basketbol klubudur. Klub 2011-ci ildə Lankasterə köçürülmüşdür.

  1. "Contact your city council". City of Lancaster. 2015-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
  2. "California Cities by Incorporation Date". California Association of Local Agency Formation Commissions. 3 noyabr, 2014 tarixində orijinalından (Word) arxivləşdirilib. İstifadə tarixi: 25 avqust, 2014.
  3. "Lancaster (city) QuickFacts". United States Census Bureau. 2015-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral, 2015.
  4. "Greater Antelope Valley Economic Alliance". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  5. "2010 Census Interactive Population Search: CA - Lancaster city". U.S. Census Bureau. 2014-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul, 2014.
  6. "Lancaster (city) Quickfacts". ABŞ Siyahıyaalma Bürosu. 2015-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]