Larisa Pompeyevna Aleksandrovskaya (belar. Ларыса Пампееўна Александроўская; 2 (15) fevral 1904, Minsk – 23 may 1980, Minsk) — Belarus-sovet müğənnisi (soprano), rejissoru, ictimai xadimi. SSRİ xalq artisti (1940). SSRİ Dövlət mükafatı laureatı (1941). 1942-ci ildən Sov.İKP üzvü. 1920-ci ildən səhnə fəaliyyətinə başlamışdır. Belarus Opera və Balet Teatrının solisti (1933–1951), baş rejissor (195–1961) olmuşdur. Aleksandrovskaya ilk professional belarus müğənnilərindəndir. Partiyaları: Marısya ("Mixas Podqornı", Y. Tikotski), Nadeyka ("Səadət çiçəyi", A. Turenkov), Tatyana, Liza ("Yevgeni Onegin", "Qaratoxmaq qadın", P. İ. Çaykovski), Karmen ("Karmen", J. Bize) və s. Aleksandrovskayanın yaratdığı obrazlara səmimilik lirizm və s. xasdır. "Polesyeli qız" (1952, Y. Tikotski), "Aida" (1953, C. Verdi), "Nadejda Durova" (1956, A. Boqatıryov) və s. operaları tamaşaya qoymuşdur. SSRİ Ali Sovetinin (II–IV çağırış) deputatı olmuşdur. 3 dəfə "Lenin" ordeni, "Oktyabr inqilabı" və "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif edilmişdir.[2]
Larisa Aleksandrovskaya | |
---|---|
belar. Александроўская Ларыса Пампееўна[1] | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 (15) fevral 1904 |
Doğum yeri |
|
Vəfat tarixi | 23 may 1980 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, teatr rejissoru, rejissor, ictimai xadim, siyasətçi |
Fəaliyyət illəri | 1920-ci ildən |
Janr | opera |
Səs tembri | soprano |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |