Manuel Avila Kamaço

Manuel Avila Kamaço (isp. Manuel Ávila Camacho; 24 aprel 1897[1][2][…]13 oktyabr 1955[1][3][…], Mexiko) — 1 dekabr 1940-cı ildən 30 noyabr 1946-cı ilə qədər Meksika Prezidenti. 1937–1939-cu illərdə radikal Lasaro Kardenas hökumətində hərb naziri kimi xidmət etmişdir.[4] Meksikada "Centlmen Prezident" kimi tanınırdı.[5]

Manuel Avila Kamaço
isp. Manuel Ávila Camacho
1 dekabr 1940 – 30 noyabr 1946
ƏvvəlkiLasaro Kardenas
SonrakıMigel Aleman Valdes
Şəxsi məlumatlar
Doğum tarixi 24 aprel 1897(1897-04-24)[1][2][…]
Vəfat tarixi 13 oktyabr 1955(1955-10-13)[1][3][…] (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 1938-ci ildə xarici neft şirkətlərinin əmlakının milliləşdirilməsi zamanı yaranan münaqişəni həll etməyə, İkinci Dünya müharibəsi illərində ABŞ və onun müttəfiqləri ilə əməkdaşlıq qurmağa nail olmuşdur.[6] Müharibədən sonra o, Amerika hökuməti ilə əlaqələri gücləndirməyə davam etmişdir. Onun daxili siyasəti Kardenasın islahatlarından uzaqlaşması ilə səciyyələnirdi.[7]

  1. 1 2 3 4 Manuel Avila Camacho // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Manuel Ávila Camacho // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bibliothèque nationale de France Manuel Avila Camacho // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Krauze, Enrique. Mexico: Biography of Power. New York: Harper Collins. 1997.
  5. Krauze. Mexico: Biography of Power. 491.
  6. Roderic Ai Camp. "Manuel Avila Camacho" in Encyclopedia of Latin American History and Culture. New York: Charles Scribner's Sons. 244.
  7. АВИЛА КАМАЧО // Большая российская энциклопедия. Том 1. Москва, 2005, стр. 83

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]