Bənarəs (ing. Benares, urdu بنارس) ya da yerli ləhcədə olaraq Varanasi — Hindistanda şəhər; şivaizmin əsas mərkəzlərindən biri, hindlilərin müqəddəs şəhəri.
Bənarəs | |
---|---|
Varanasi | |
25°19′08″ şm. e. 83°00′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | 1,535 km² |
Mərkəzin hündürlüyü | 76 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1,601,815[1] nəfər (2012) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 542 |
Poçt indeksi | 221456 |
Nəqliyyat kodu | UP |
Digər | |
varanasi.nic.in | |
Vikianbarda əlaqəli mediafayllar |
"Varanasi" sözünü "Arun və Asi çayları arasındakı şəhər" mənası kimi tərcümə etmək olar. İngilis müstəmləkəçiliyi dövründə onu "Bənarəs" adlandırıblar. Şəhərin ilk adı isə "Kaşi"dir ki, bu da "Nur şəhəri" mənasını verir.
Varanasi Qanq çayının sol sahilində, kiçik buxtada yerləşir.
Arxeoloqlar bu müqəddəs şəhərdə 4000 il əvvəl inşa olunan tikililərin özüllərini aşkara çıxarıblar.
Varanasi haqqında ilkin məlumatlara "Riq-Ved"də, "Mahabharata" və "Ramayana"da rast gəlmək mümkündür. Əfsanələrə görə, Yer üzündə ilk şəhərdir. Onu tanrılar yaradıb və onlar burada insanlarla birgə yaşayıblar. Sonra şəhəri tərk edərək Himalaya gediblər. Hind əfsanələrinə görə, Kainatın yaradılması buradan başlayıb. Mövcud olduğu əsrlər boyunca Varanasi sanki heç dəyişilməyib. Onun köhnə divarları, yolları, daşları əfsanələrdə bu şəhər haqqında söylənən bütün hekayələri özündə hələ də yaşadır.
Varanasinin Allah Şivanın sevimli məkanına çevrilməsi haqqında çox qədim, gözəl bir əfsanə var:
Şiva gözəl Parvani ilə evləndiyi zaman birgə yaşamaq üçün müqəddəs səma dağı Kaylaşı özlərinə məkan seçirlər. Lakin Şiva özünə Yer üzündə də belə bir gözəl məkan tapmaq istəyirdi. Onlar səmadan Yer üzünə baxdılar və Qanq çayının sahilində gözəl bir şəhər gördülər. Orada gözəl saraylar, möhtəşəm məbədlər, böyük bağ-bağatlar vardı. Şiva və Parvati özlərinin səmadakı saraylarından Yerə enərək Kaşidə məskən saldılar. Parvati Himalaydan ötrü darıxsa da, Allah Şiva Varanasini tərk etmək istəmirdi. Kaşi şəhəri Allah Şiva üçün Avimukta (onun heç bir zaman tərk etməyəcəyi şəhər) idi.
Digər əfsanəyə görə,
Qanq çayının Varanasi yerləşən hissəsində suyun dibində beş milyon linqam var. Ona görə də bu yerin suları xüsusilə müqəddəsdir.
Başqa bir əfsanədə deyilir ki,
Vişnu və Brahma arasında hansının daha əzəmətli olması ilə bağlı mübahisə düşdü. Bu zaman Şiva başlanğıcı və sonu olmayan atəş dirəyi kimi onların qarşısına çıxdı. Vişnu vəhşi çöl donuzuna müraciət etdi və qaban bu dirəyin başlanğıcını tampaq ümidi ilə min il yeri qazdı... Brahma ağ qu quşlarına üz tutdu və onlar min il səmada uçdular, dirəyin sonunu tapmaq üçün. Lakin heç biri məqsədinə nail ola bilmədi. Bu zaman Şiva onlara dedi ki, atəş dirəyi onun linqamı idi. Onun başladığı məkan isə müqəddəs şəhər Kaşi (Nur şəhəri) idi.
Varanasinin küçələrində yoxsul geyimli, yarıçılpaq, bel kəmərlərindən asılmış, içərisində az bir miqdarda pul olan kisədən başqa heç bir əşyası olmayan çoxlu sayda insanlara rast gəlmək olar. Ahıl yaşlarına çatmış bu insanlar buraya ölməyə gəlirlər. Əllərindəki az miqdarda pul onların dəfn mərasiminin təşkili və yandırılacağı ocağın odunlarını almaq üçün lazım idi. Belə bir inam var ki, Varanasidə ölənlərin ruhu dərhal azad olur və nirvana vəziyyətinə yüksəlirlər. Qanqın müqəddəs suları bütün günahları yuyur və insan yenidən doğulur. Hindistanın hər yerindən insanlar özünün son günlərini keçirmək üçün buraya can atırlar. Ora gələnlərinin bəziləri hətta o dərəcədə kasıb olur ki, onların pulu yandırılacağı ocağa yetəcək odunu almağa belə çatmır. Qanqda yarıyanmış insan cəsədlərinin üzməsi tez-tez rast gəlinən hadisələrdəndir.
Şəhər özünün müqəddəs məbədləri ilə məşhurdur. Onların sayı iki minə yaxındır. Bəziləri hər an insan seli ilə dolub-daşır, bəziləri ildə bir dəfə açılır, bəziləri isə nəyəsə ithaf edilməsi ilə məşhurdur. Məbədlərə qulluq, oradakı işlərə nəzarət etmək şəhər sakinlərinin əsas vəzifələridir. Hətta bu yerlərin fəxri sayılan ipək parça istehsalı belə məbədlərin ehtiyacları üçün nəzərdə tutulur. Varanasidə hinduizm panteonunun bütün allah və yarımtanrılarının təmsil olunduğu məbədlər vardır.
"Qızıl məbəd" Varanasinin ən müqəddəs məbədidir. Onun əsas ziyarət olunan tutyası – 12 cyotirlinqamdan biri olan Adi Vişveşvaradır. Yerə bərkidilmiş bu ibadət predmeti gümüşlə örtülüb. Ətrafında hər zaman təbii güllər olan linqamın üstündə yerləşdirilmiş gümüş örtüklü kobra heykəli sanki onu həmişə qoruyur.
Bu yerlərdə müxtəlif vaxtlarda Adi Vişveşvar, Avimukteşvar, Omkareşvar, Mokşavilas adlı məbədlər olub. Lakin bu məbədlər dağıdılıb. İndiki Kaşi Vişvanath məbədi 1785-ci ildə tikilib. Məbəd Vişvanath Qali adlanan yerdə yerləşir. Ətrafı çoxlu sayda evlər və məbədə gedən labirint yollarla əhatələnib. Hind olmayan birinin bu məbədə çıxışı mümkün deyil. Bu məbədin qızıl örtülü damına yaxından baxmaq üçün yaxınlıqdakı evin 3-cü mərtəbəsinə çıxmaq lazımdır. Məbədin damı qurularkən üz örtüyü üçün 800 kq qızıldan istifadə olunub. Kedareşvar məbədini Varanasinin digər tikililəri ilə səhv salmaq mümkün deyil. Məbəd Qanq çayının sahilində yerləşir, divarları qırmızı-ağ zolaqlarla rənglənib. Vişvanathdan sonra əhəmiyyətinə görə ikinci əsas məbəd hesab olunur. Kedareşvar məbədi Himalayda yerləşən Kedarnath məbədinin Varanasidəki təmsiliçisi hesab olunur. Burada daha bir cotirlinqam yerləşir. Varanasinin müqəddəs hesab edilən məbədləri arasında Annapurna Bhavani, Durqi Məbədi, Şaniçar, Şukreşvar kimi məbədlər də vardır.
Səhər tezdən - gün doğanda Qanq çayının sahilində çaya doğru əyilərək Qayatri Mantra (induizmdə ən müqəddəs dua- səslə oxunur) oxuyan çoxlu sayda insanlarla qarşılaşmaq olar.
Bu müqəddəs yuyunmadır və bu yeri insanlar "qhat" adlandırırlar. Varanasidə 80 belə yer vardır. Qhatlar suya enən iri daş pillələrdir. Pançtirthi Yatra - Varanasidə bu qhatların beş ən mühüm olanını – Asi, Kedar, Dasasvamedh, Pançqanqa və Manikarnikanı ziyarət etmək mühüm ayinlərdən biridir.
Axşam vaxtı Dasasvamedh Qhatı ziyarət edərkən Qanq Aarti ayinini izləmək mümkündür. Adamlar əllərində yandırılmış çıraqları Qanqa hədiyyə edirlər. İki qhat (Maxakarnika və Xarişçandra) isə tamamilə ölənlərin kremasiyası üçün ayrılıb. Mərasimlər həm gündüz, həm də gecə həyata keçirilir.
Hər gün minlərlə zəvvar yuyunma mərasimi keçirir. Ölənlərin cəsədi yandırılır, külü isə müqəddəs sulara səpilir.
Müasir Varanasi inanclı insanların və dünyanın dörd bir tərəfindən gələn turistlərin ziyarət etdiyi yerdi. Bu müqəddəs şəhər indiyə qədər mədəniyyət və dini mərkəz olaraq yaşayır. Burada sanskrit və digər elmlər öyrədilir. Buna baxmayaraq, məişət və texnoloji inkişaf baxımından şəhər çox geridə qalır. Qanqın suları həddindən artıq çirklənib və istifadə üçün yararsız vəziyyətdədir. Çayın suyunu qaynadaraq istifadə etmək praktiki olaraq mümkün deyil. Çünki bu suda gümüş ionları var. Zərərli bakteriaları məhv edən bu element su qaynayan zaman zəhərə çevrilir.
Varanasini ziyarət edən avropalılar buranı başqa bir dünya ilə müqayisə edirlər. Bu yerdəki atmosfer insanları təkrar buralara qayıtmağa, çoxəsrlik ruhani irslə yenidən təmasda olmağa vadar edir. Bəlkə də ona görə deyirlər ki, Varanasidə hətta yuxu görmək də meditasiyadır.