Latın Amerikası İqtisadi Komissiyası

Latın Amerikası İqtisadi KomissiyasıLatın Amerikası təşkilatlarından birinin qısa adıdır.[1][2] ECLA 25 fevral 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində yaradılmışdır.[3] İspanca qısaldılmış adı CEPAL-dır. Sonrakı illərdə Karib hövzəsi ölkələri də tədqiqat sahəsinə daxil edilmiş, buna görə də adı 1984-cü ildə ECLAC (ing. The Economic Commission for Latin America and Caribbean; azərb. Latın Amerikası və Karib hövzəsi İqtisadi Komissiyası‎) olaraq dəyişdirilmişdir. BMT-nin 5 regional komissiyasından biri olan ECLAC-ın inzibati mərkəzi Çilinin Santyaqo şəhərindədir.[4]

Latın Amerikası İqtisadi Komissiyası
Loqonun şəkli
Yaranma tarixi 1948
Mərkəzi
cepal.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ECLAC-ın əsas məqsədi rəsmi sənədlərdə Latın Amerikası ölkələrinin iqtisadi inkişafına töhfə vermək və onların iqtisadi siyasətləri arasında əlaqəni təmin etmək kimi göstərilir.

Komissiya 1951-ci ildə Meksikada Mərkəzi Amerika ölkələri və 1966-cı ildə Port-of-Speyndə (Trinidad və Tobaqo) Karib hövzəsi ölkələri üçün subregional mərkəzlər yaratmışdır. Buenos-Ayres, Brazilia, MontevideoBoqotada da ofisləri mövcuddur. ECLAC qarşısına mühüm məqsədlər qoymuş, ölkələr arasında əməkdaşlığı artırmağa çalışsa da, onun təsiri məhdud olaraq qalmağa davam edir. Bu məqamda ECLA-nın ölkələr arasında əməkdaşlıq platforması yaratdığını söyləmək olar. Sonradan yaranan inteqrasiya təşkilatlarının ECLA iclaslarında formalaşması bu iddianı təsdiqləyir.

Latın Amerikası İqtisadi Komissiyasımən üzvü olan ölkələr

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

ECLAC İspan dilində əsas səhifə Arxivləşdirilib 2006-05-13 at the Wayback Machine

  1. Cypher, James M.; Dietz, James L. The process of economic development. London & New York: Routledge. 2009. ISBN 978-0-415-77103-0.
  2. Fajardo, Margarita. "CEPAL, the "International Monetary Fund of the Left"?". The American Historical Review. 128 (2). 2023: 588–615. doi:10.1093/ahr/rhad226. ISSN 0002-8762.
  3. ECLAC signed a cooperation agreement to promote science and technology in the region Arxivləşdirilib 2013-08-01 at the Wayback Machine (with Brazilian Center for Strategic Studies and Management) at ECLAC.org
  4. CEPALSTAT Arxivləşdirilib may 19, 2012, at the Wayback Machine page at official ECLAC site